Modern.az

“Piylənməyə qarşı ciddi proqram olmalıdır” - Ekspert və deputatın ÜMUMİ RƏYİ

“Piylənməyə qarşı ciddi proqram olmalıdır” - Ekspert və deputatın ÜMUMİ RƏYİ

İqtisadiyyat

26 Dekabr 2013, 14:22

articles: ARIQLAMA-KOK-ADAM.jpg

Piylənmə qlobal miqyasda sağlamlıq problemidir. Həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə piylənmədən əziyyət çəkənlərin sayı hər keçən gün artmaqdadır. Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən Asiya, Afrika və Avropanın 6 ayrı bölgəsində aparılan və 12 il davam edən MONICA araşdırmasının nəticəsinə görə, 10 ildə piylənmədə 10-30% arasında bir artım olduğu bildirilib. 2008-ci ildə 400 milyon nəfər (o cümlədən çəkisi normadan artıq olan 1,4 milyard nəfər), 2015-ci ilin proqnozuna görə isə 700 milyon nəfər (2,3 milyard)

DST-nin 2013-cü il üçün hesabatına görə, dünyada piylənmə 1980-ci ildən bəri iki dəfə artıb. 2008-ci ildə 1,4 milyarddan artıq yetkinlər, 20 və daha böyük yaşlılar artıq çəkili idi. Onların arasından 200 milyondan çox kişi və təxminən 300 milyon qadın piylənmədən əziyyət çəkirdi. 2008-ci ildə 20 yaşlıların 35%-i və daha böyük yaşlılar artıq çəkidən, 11%-i isə piylənmədən əziyyət çəkirdi. Dünya əhalisinin 65%-i artıq çəkili və piylənmədən əziyyət çəkən insanların normadan çox öldüyü ölkələrdə yaşayır. 2011-ci ildə isə 40 milyondan çox beş yaşlı uşaq artıq çəkili idi. Azərbaycan da piylənmədən əziyyət çəkən ölkələrə daxildir.

Azərbaycanda da aktual olan bu problem DST-nin hesabatlarında əksini tapıb. Modern.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla piylənmənin səbəblərindən və həll yollarından danışıb: “Piylənmə bütün yer kürəsini əhatə edən problemlərdən biridir. Əksər xəstəliklərin əsasında dayanır. Piylənmə əsasən qidalanma və hərəkətsizliklə bağlıdır. Dünyada mexaniki avtomatlaşdırma və insan əməyinə ehtiyacın azalması və s. hərəkətsizliyə şərait yaradır. Oturaq həyat tərzi üstünlük təşkil edir. Səhər evdən çıxırlar, işə gəlirlər, piyada gəzmək yox, işdə də otururlar, yenə evə gedirlər. Əzələlər, orqanlar işləmədiyindən funksiyasını itirir. Səbəblər arasında xolestrinli qidaların çox qəbul edilməsi də var. Diqqət edin, şadlıq evlərində, ayrı-ayrı restoranlarda həddən çox qida qəbulu olur və bu axşam saatlarına düşür. Axşam saatlarında qida qəbul edən şəxs normal halda gəlib evdə uzanır. Bu isə piylənmə, şəkərli diabet, ürək-damar xəstəliklərinə və s. səbəb olur”.

A. Qeybullanın sözlərinə görə, piylənmənin aradan qaldırılması üçün qida rejiminin tənzimlənməsi və hərəkət lazımdır. “Gündə ən azı 6 km piyada gəzilməlidir, yəni hərəkət edilməlidir. Kütləvi idmana meyllənilməlidir. Yoxsa getdikcə tənbəlləşir və özümüzə diqqət yetirmirik”.

Deputat Məlahət Həsənova piylənmə ilə bağlı dövlət proqramının olmasının vacibliyini vurğuladı: “Piylənmənin çox səbəbi var. Ən birinci səbəblərindən biri həyat tərzinin düzgün qurulmamasıdır. Piylənmə qida rasionunun düzgün tənzimlənməməsi, müxtəlif xəstəliklərdən də ola bilər. Ən çox hərəkətsizlikdən doğur. Elə zamanda yaşayırıq ki, insanlar daha çox oturaq həyat tərzi keçirir. Saatlarla kompüter qarşısında otururlar. Piylənmənin qarşısını almaq üçün düzgün həyat tərzi qurmaq lazımdır. Hesab edirəm ki, Səhiyyə Nazirliyinin bununla bağlı ciddi proqramı olmalıdır. Bir çox ölkələrdə bununla bağlı dövlət səviyyəsində proqramlar var. Çünki piylənmə çox ciddi xəstəlilərə gətirib çıxarır”.


Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi