Modern.az

Kıiçdaroğlu: "AKP-nin özünün bir dərin dövləti var”

Kıiçdaroğlu: "AKP-nin özünün bir dərin dövləti var”

26 Dekabr 2013, 16:18


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hökumətin yeni tərkibi ilə bağlı açıqlamasına müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının başçısı şərh verib. Modern. az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, yeni kabinetdə baş nazir köməkçisi vəzifəsindən ədliyyə naziri vəzifəsinə gətirilən Bəkir Bozdağ ilə əlaqədar düşüncələrini bölüşən Kılıçdaroğlu deyib:

“Çox dəqiq və açıq düşüncəm budur: Sui-istifadələri araşdıran polislərə müdaxilə edilməzsə, sui-istifadələri araşdıran prokurorlara müdaxilə edilməzsə, ədliyyə naziri birbaşa olayın məzmununa müdaxilə edəcək cəhdlərdə olmazsa bir problemimiz yoxdur. Amma bunun əlamətləri bu ana qədər heç görülmədi. Hörmətli Bəkir Bozdağ ilə ikimiz də parlamentdə qrup başçı vəkiliyik. Hörmətli Bozdağ baş nazirin sözündən çıxmaz. Nə desə onu yerinə yetirər. Fayla müdaxilə et desə, gözü bağlı müdaxilə etmək istəyər. İndi burada diqqətli olunması lazım olan müddət bu; Sabah görəcəyik, prokurorların qarşısına maneə çıxarılırsa, bu kabinet dəyişikliyinin heç bir faydası olmayacaq. Bizim məqsədimiz 4 nazirin etik olaraq vəzifələrindən getməsi idi, sui-istifadələri və rüşvət hadisəsini araşdıran prokurorlara və polislərə müdaxilə edilməməsi idi. Bunu önümüzdəki müddətdə görəcəyik”.

Özünə heç etiraz etməyəcək hökumət  

Daxili işlər naziri vəzifəsinə gətirilən Efkan Ala gəldikdə, Kılıçdaroğlunun fikrincə, Ərdoğan özünə heç etiraz etməyəcək, düşündüklərini həyata keçirəcək bir kabinet formalaşdırmağa çalışır: “Bu qədər parlamentar içərisində daxili işlər naziri olacaq kimsə yoxdurmu? Baş nazirlik məsləhətçisini oraya gətirirsiniz? Mən bu suala cavab istəyirəm. Amma Ədalət və İnkişaf Partiyasının hörmətli millət vəkillərinin də özlərinin soruşması lazımdır. Niyə, səbəb nədir?”  

Kılıçdaroğlunun iddiasına görə, Ərdoğanın özünün bir dərin dövləti var: “O dövlətin ünsürlərindən biri Efkan Aldır”.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi