Modern.az

Brilliant Dadaşova restoranların şou-proqramlarından imtina etdi

Brilliant Dadaşova restoranların şou-proqramlarından imtina etdi

İqtisadiyyat

26 Dekabr 2013, 17:21


Brilliant Dadaşova Yeni illə əlaqədar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlar üçün təşkil etdirdiyi konsertlərdə iştirak edəcək.

Sənətkar eyni zamanda, Azərbaycan televiziyasının, İctimai televiziyasının, Xəzər televiziyasının  yeni il proqramlarının çəkilişlərində iştirak edib. Brilliant xanımın İctimai televiziyada çəkilən yeni “Bəxtimin ulduzu” telekonserti Yeni ilin ilk günlərində adıçəkilən kanalda nümayiş ediləcək. Bəzi restoranların, otellərin şou-proqramlarına gəldikdə isə Brilliant xanım bildirib ki, təkliflər  uyğun olmadığına görə qəbul etməyib. Sənətçinin mətbuat katibi Modern.az-a bildirib ki, Brilliant Dadaşova Yeni ili evdə ailəsi ilə qarşılayacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı