Modern.az

Qorbaçov: “SSRİ-nin buraxılması haqda sazişi Azərbaycan Ali Sovetində müzakirəyə təkilf etdim”

Qorbaçov: “SSRİ-nin buraxılması haqda sazişi Azərbaycan Ali Sovetində müzakirəyə təkilf etdim”

27 Dekabr 2013, 17:10

SSRİ-nin eks-prezidentindən Avrasiya İttifaqına DƏSTƏK: “Yeni İttifaqın yaradılması mümkündür”


“Hesab edirəm ki, yeni, keyfiyyətli Müstəqil Dövlətlər Birliyinin yaradılması mümkündür. Hələlik buna xeyli var. Fikrimcə, hazırda yenicə yaradılmış Gömrük İittifaqı bu istiqamətdə atılmış düzgün addımdır”. Modern.az saytı bildirir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixali Qorbaçov yazdığı  “Özümlə təkbətək” kitabında qeyd edib. 

SSRİ prezidentinin son bəyanatı

Eks-prezident kitabında SSRİ-nin son günləri haqqında maraqlı və indiyə qədər bəlli olmayan məqamları açıqlayıb. M.Qorbaçov vurğulayıb ki, o, SSRİ-nin prezidenti kimi 1991-ci ilin 9 dekabrında bəyanatla çıxış edərək, Belovejsk sazişinin və SSRİ üçün nəzərdə tutlmuş Yeni İttifaq Müqaviəsinin müttəfiq respublikaların parlamentlərində müzakirəsinin vacib olduğunu bəyan edib.

“Mən rəsmən bəyan etdim ki, bu saziş və mənim tərəfimdən hazırlanmış Yeni İttifaq Müqaviləsinin layihəsini Zaqafqaziya, Orta Asiya, Pribaltika daxil olmaqla müttəfiq ölkələrin Ali sovetlərində və SSRİ Ali Sovetində müzakirəsi zəruridir”.

RSFSR və Belorus Ali Soveti SSRİ Xalq Deputatları Qurultayının çağırışını blok etdi

M.Qorbaçov bildirib ki, Yeni İttifaq Müqaviləsi dövlətçiliyin yeni formulası olduğundan, bu saziş SSRİ Xalq Deputatları Qurultayının səlahiyyətində olan məsələ idi. “Mən SSRİ Xalq Deputatlarının Qurultayının çağırılmasının vacibliyini bəyan etdim. Bunun əvəzində RSFSR və Belorusiya Ali Soveti SSRİ Xalq Deputatları Qurultayının çağırşını blok etdi və oradakı deputatlarını geri çağırdı. Yeni İttifaq Müqaviləsi layihəsinin  müttəfiq respublikaların parlamentində baxılmasına imkan verilmədi”.

RSFSR Xalq Deputatları Sovetinin iclasında müzakirəyə çıxarılan Belovejsk sazişi lehinə 188 nəfər, əleyhinə 6 nəfər olmaqla təsdiq edilib.

“Buşa sonuncu dəfə dedim ki, MDB-yə dəstək vermək lazımdı”

Kremldəki kabinetini tərk etdiyi sonuncu gün M.Qorbaçovun bir sıra ölkələrin rəhbərləri ilə telefon danışığı olub. “Mən Kolla, Mitteranla, Meycorla, Buşla və digərləri ilə telefonla danışdım. Onlara Müstəqil Dövlətlər Birliyinə və Rusiyaya dəstək verməyin vacib olduğunu bildirdim”.

“Mənim bir sıra səhvlərim oldu”

M. Qorbaçov apardığı siyasi xəttdə bəzi səhvlərə yol verdiyini də etiraf edib: “Aşkarlıq və yenidənqurma prosesində mən və yoldaşlarım tərəfindən bir sıra səhvlər buraxıldı. Bəziləri deyirlər ki, SSRİ-də və Kommunist Partiyasının Mərkəzi Komitəsində islahatlar aparmaq mümkünsüz idi. Mən bu fikirlə razı deyiləm. Bir çox məsələləri əvvəl, tez və sərt şəkildə həll etmək vacib idi.  Yenidənqurmanın strateji yanlışlığı ölkənin sürükləndiyi maliyyə və iqtisadi böhranın dərinliyinin qiymətləndirilməməsi oldu. Sosial yönümlü bazar iqtisadiyyatına keçidi daha tez və əsaslı şəkildə başlamaq lazım idi. 1990-91-ci illərdə belə böyük hərbi xərcləri azaltmaqla istehlak bazarının dağılmasının qarşısını almaq olardı”-deyə M.Qorbaçov kitabında vurğulayıb.

 

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir