Modern.az

Rəqəmlərin izində 2014-cü ilin şifrəsi

Rəqəmlərin izində 2014-cü ilin şifrəsi

29 Dekabr 2013, 11:15

Təqvimləri yeniləməyə hazırlaşarkən dünyada məşhur olan cənubi afrikalı fizik və pin kod mütəxəssisi Douglas Forbesdən 2014-cü ilin dicital mənası soruşulub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Forbesə görə, 2014-cü ilin rəqəmi “7” və dünya, yeni ildə 2013-cü ildən daha yaxşı olacaq.

Həyatın rəqəmlərdən meydana gəldiyini və görə bilməsək belə yenə bu rəqəmlər ətrafındakı şifrələrdən ibarət olduğunu heç düşündünüzmü? İnsanların doğulduqları gün, ay və ilin rəqəmlərinə baxılaraq, xarakterini və həyatda nələrlə qarşılaşacağını araşdıran 'pin koduna görə hər şey rəqəmlərdən ibarətdir. 2013-cü il dekabrın 31-dən etibarən 365 gün boyunca ən çox görüb-eşidəcəyimiz rəqəmlər 2014 olacağı üçün şifrələrlə maraqlandıq: "Kainat riyazi bir tənlikdir və insan da kainatın parçası olaraq bu tənliyin özüdür", - deyən Douglas Forbesin “Qədərin Pin Kodu” və “İnsanın Pin Kodu adlı” kitabları dünyanın bir çox ölkəsində nümayiş olunur.

Douglas Forbesin uzaqgörənlikləri

2014-cü ildə dünya 2013-cü ildən daha yaxşı bir yer olacaq. Fevral ayından etibarən ABŞ iqtisadiyyatında sıçrama baş verəcək. Bu da ABŞ-dakı işsizlik problemini azaldacaq. Dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ-dakı bu hərəkətlilik, dünyanın digər ölkələrinə də müsbət şəkildə təsir edəcək.

  '7' rəqəmi mükəmməlliyin, idealizmin, doğruluğun, tərəfsizliyin, sənətin, detalların və dayanıqlılığın nümayəndəsidir. Gerçəklər, bu dövrdə ortaya çıxar. Xüsusilə yanvar və fevral aylarında dəyişiklik və dəyişikliyə məcbur edən hadisələr gündəmə gələcək.

Modern. az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir