Modern.az

Eldar Əzizovun Sumqayıtda bişirtdirdiyi nəhəng tortu kəsdilər - VİDEO

Eldar Əzizovun Sumqayıtda bişirtdirdiyi nəhəng tortu kəsdilər - VİDEO

İqtisadiyyat

29 Dekabr 2013, 22:22

Sumqayıt şəhərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə hazırlanmış tortun təqdimatı olub.

"Azadlıq" radiosunun məlumatına görə, mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkilləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Təqdim olunan tortun çəkisi 12 tona yaxın, uzunluğu 52 metrdir. Üzərində Bakının, Sumqayıtın, Azərbaycanın digər bölgələrinin görüntüləri əks olunub.

Tortun hazırlanmasına türkiyəli iş adamı Müzəffər Əbiloğu rəhbərlik edib. Onun dediyinə görə, tort 10 günə hazırlanıb. Şirniyyatın hazırlanmasında 2250 kiloqram un, 1975 kiloqram şəkər tozu, 1100 kiloqram qoz, fındıq, kokos, 225 kiloqram qatılaşdırılmış süd, 250 litr süd, 300 kiloqram yağdan və s. istifadə olunub.

Azadlıqradiosunun müxbiri xəbər verir ki, ötən illərdən fərqli olaraq bu dəfə tort şəhər sakinlərinə paylanarkən qarışıqlıq yaranmayıb. Polis prosesə nəzarət edib.

Bir neçə ildir ki, Sumqayıtda hər il ölkə başçısının doğum günü münasibətilə bu cür mərasim təşkil olunur. Tortun uzunluğu prezidentin yaşına uyğun olur.

Modern.az



Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!