Modern.az

Obama qarğış böhranını necə aşdı?

Obama qarğış böhranını necə aşdı?

30 Dekabr 2013, 11:31


Dünya onu ABŞ prezidenti Barak Obamaya iki dəfə seçki qazandıran adam olaraq tanıyır. Keçən həftə Məlumat İqtisadiyyatı Dərnəyinin Yeni Dünya Zirvəsinə qatılan, Obamanın dicital media məsləhətçisi Roger Fisk ilə böhran strategiyalarını danışdıq. Böhran çıxdığında şəffaflıqdan yana olduğunu söyləyən Fisk nümunə olaraq ABŞ-a etdiyi qarğışla gündəmə gələn Vaiz Wright skandalını verib. Modern. az saytı Türkiyə KİV-nə istinadən Obamanı xilas edən həmin adamın açıqlamalarını təqdim edir.

- Müvəffəqiyyətli bir dicital seçki kampaniyası necə icra edilər?

- Müvəffəqiyyətli kampaniya bir mövzunu inkişaf etdirib, seçici ilə doğru bir şəkildə ünsiyyətə keçərək, seçicini kampaniyanın bir parçası halına gətirməyə söykənir.

- Obama ilə 2008 və 2012-ci ildə iki seçki qazandınız. Bu iki kampaniyanı dicital media strategiyaları baxımından necə müqayisə edərsiniz?

- İlk kampaniyada, ictimai media yeni-yeni güc qazanırdı. Hədəfimiz seçiciləri internet saytlarımıza istiqamətləndirmək idi. 2012-ci ildə isə ziyarətçi sayından çox, ictimai mediada yeni kampaniyalar inkişaf etdirməyə və bunları daha çox insana çatdırmağa üstünlük verdik.

- Qaralama kampaniyaları ilə qarşılaşdınızmı?

- Qaralama və böhtan az qala hər seçki kampaniyasının bir parçasıdır. 2008-ci ildə Respublikaçılar Partiyası bunu qəbul edilə bilməz bir səviyyəyə çıxardı. Bunun üçün "MyBarackObama.com" internet saytında "Qaralamalarla Mübarizə" deyə bir hissə meydana gətirdik və qarşıya qoyulan müxtəlif iddiaları cavablandırdıq.

- 2008-ci ildəki qlobal iqtisadi böhranın ardından, 2012-ci ildəki seçki kampaniyasında çətinliklərlə qarşılaşdınızmı?

- 2008-ci ildəki iqtisadi böhran 2012-ci il seçki kampaniyasının təməlini meydana gətirirdi. Dörd sənədə, xüsusilə Ortabatı əyalətlərində və Amerika avtomobil sənayesində əhəmiyyətli inkişaflar əldə etdik. Ayrıca biz, pisə doğru gedən bir iqtisadiyyatı götürdük. 2009-cu ilin yanvar ayında 750 min adam işini itirdi. 2012-ci ilin payızına çatanda isə ayda 100 min adam işə götürülürdü.

- İctimai media kampaniyası baxımından, Obamanın 2012-ci ildəki rəqibi Mitt Romni ilə özünüzü necə müqayisə edərsiniz?

- 2012-ci ildə Facebookda 25 milyon, Twitterdə 12 milyon təqibçimiz vardı. Romninin ictimai media yanaşması 20-çi əsrə aid bir yanaşmadır; buna görə Facebookda bir yarım milyon, Twitterdə 375 min təqibçi ilə məhdud qaldı.

- Dünyanın ən təsirli liderlərindən biri ilə çalışmaq necə bir şeydir?

- Obama gerçək bir insan və çox nəzakətli birisidir. Hər kəsə salam verər, hər kəsin keyfini soruşar. Çətin vəziyyətlərlə qarşılaşdığımızda da liderlik edər. Qrupuna sahib çıxar, hər kəsin özünü əhəmiyyətli və ‘lazımlı' hiss etməsini təmin edər.

"Allah ABŞ-ı qəhr etsin" deyən vaiz Obamanın məsləhətçisi idi

Gülən camaatı öndəri Fəthullah Gülənin də qarğışı Türkiyədə gündəmə damğasını vurdu və baş nazir Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına gətirib çıxardı. ABŞ prezidenti Barak Obama da kariyerinin bir dönəmində bir qarğış hadisəsi ilə qarşılaşmış və çətin günlər yaşamışdı. Hadisənin qəhrəmanı, Obamanın senatorluq günlərindəki seçki bölgəsi Çikaqoda olan Birləşmiş İsa Kilsəsi vaizi Jeremiah Wright idi. Vaiz bu danışmalarda 11 sentyabr terror hərəkətlərinə ABŞ-ın gətirib çıxardığını söyləyərkən, kilsəsindəki qara amerikalıların "Tanrı ABŞ-ı bağışlasın" yerinə, "Tanrı ABŞ-ı qəhr etsin", - deyə dua etməsini nəsihət edirdi.

Obama insidentin ortaya çıxmasının ardından, "Wrightin söylədikləri məni bağlamaz" şərhini vermiş və o kilsəyə getməyi dayandırmışdı. Roger Fisk də Obamanın böhran rəhbərliyi siyasəti sualımıza, Vaiz Wright hadisəsini istifadə edərək cavablandırır: "Problemlərlə üzləşmək onları yox saymaqdan çox daha yaxşıdır. Yox saysanız rəqibləriniz bundan faydalanar və hadisə fərqli ölçülərə gedə bilər.  Vaiz Wright böhranı ortaya çıxdığında Obama dərhal iradəsini ələ aldı və lazımlı şərhlər də tapıldı. Hər hansı bir böhran olduğunda şərh etmək, daha da əhəmiyyətlisi dərhal şərh etmək lazımdır. İnsanlar, özlərinə dürüstcə yaxınlaşıldığını hiss etsələr onlarla çox daha qüvvətli bir ünsiyyət qura bilərsiniz. Xalq manipülyasiya edildiyini və bir liderin problemlərlə üzləşməyə cəsarəti olmadığını hiss etsə bu ünsiyyəti bir daha tuta bilməzsiniz".

Modern. az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı