Modern.az

Volqoqradda trolleybus partladan terrorçunun adı açıqlandı

Volqoqradda trolleybus partladan terrorçunun  adı açıqlandı

30 Dekabr 2013, 13:14

İlkin məlumatlara görə, Volqoqradda trolleybusu partladan Dağıstandakı silahlı dəstənin üzvü, Mari Respublikasında anadan olmuş El Pavel Peçenkin olub. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, mənbənin sözlərinə görə, Peçenkin Dağıstandakı yaraqlıların sırasına 2012-ci ilin yazında qoşularaq İslam dinini qəbul edərək adını Ansar Ar-rusi kimi dəyişib. Bu zamana qədər isə onun Mari Respublikasındakı təcili yardım stansiyalarında birində feldşer işlədiyi bildirilir.

Terrorçunun qalıqları trolleybusun partladığı yerdə tapılıb. Qeyd edək ki, trolleybus bu gün səhər saatlarında partladılıb. Son məlumata görə, 14 nəfər ölüb, 28 nəfər yaralanıb. Dekabrın 29-da Volqoqraddakı dəmir yolu vağzalında törədilən partlayış nəticəsində isə 17 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.








Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir