Modern.az

Kim ki yüz il yaşamırsa... - Sağlamlığınızı zeytunla qoruyun

Kim ki yüz il yaşamırsa... - Sağlamlığınızı zeytunla qoruyun

3 Yanvar 2014, 18:12

“Zeytun yağı için, onu bədəninizə çəkin. O, mübarək ağacdır”
Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.s)

Sağlam olmaq hər bir insanın arzusudur. Sağlamlığın qorunmasıda isə düzgün qidalanma ən mühüm şərtlərdən biridir. Əgər siz gündəlik qida rasionunuza zeytun və zeytun yağı əlavə etsəniz sağlamlığınızın qayğısına qalmış olarsınız. Bəs zeytunun insan orqanizmi üçün əhəmiyyəti nədir?

1. Üzünüzün təravətli görünməsi, ağzınızda xoş qoxunun yaranması üçün zeytun ən yaxşı qida məhsuludur. E vitamini ilə zəngin olduğuna görə o, sizin dərinizi solmağa qoymayacaq.

2. Zeytun insanı orqnizmdə müxtəlif xəstəliklər yarada biləcək zərəli maddələrdən xilas edir.

3. Qocalmağınızın qarşısını almaq istəyirsinizsə zeytundan daha çox istifadə edin. Onun tərkibindəki maddələr hüceyrələri təzələmək xüsusiyyətinə malikdir.

4. Cinsi meylin artırılmasında zeytun ən yaxşı təbii vasitədir

5. Öz tərkibinə görə zeytun güşlü antioksidantdır.

6. Ürək, qan-damar xəstəlikləri üçün olduqca faydalı sayılan zeytun, həm də qan təzyiqini normallaşdırır. Məlum olduğu kimi xolestrol ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Zeytun yağındakı yağ turşuları doymamış yağ olduğuna görə onda xolestrol olmur. Buna görə o qandakı xolestrolu artırmamaqla yanaşı həm də onu tənzimləyir.

7. Xərçəng xəstəliklərinin profilaktikası üçün zeytun əhəmiyyətlidir.

8. Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına müsbət təsir göstərir.

9. Zeytun həzm prosesini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini gücləndirir, mədə turşuluğunu azaldır.

10. Qara ciyərin fəaliyyətində də zeytun çox xeyirlidir.

11. Böyrəklərdə yaranan xırda daşlardan qurtulmaq üçün də zeytun yağı köməyinizə çatar. Bunun üçün zeytun yağını isti su ilə qarışdırıb qəbul etmək lazımdır.

12. Piylənmədən yaxa qurtarmaq istəyirsinizsə zeytundan daha çox istifadə edin.

13. Yaddaşınızda problem varsa yenə də zeytuna əl uzadın.

14. Min bir dərdin dərmanı olan zeytundan kosmetik vasitə kimi də istifadə edə bilərsiniz.

Öncə sağlamlıqdır. Sağlamlığınızı zeytunla qoruyun. Hər birinizə sağlam olmaq arzusu ilə

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü