Modern.az

Dünyanın ən varlı adamı 1,4 milyard dollar itirib

Dünyanın ən varlı adamı 1,4 milyard dollar itirib

Dünya

5 Yanvar 2014, 15:39

Varlılar ötən il daha da varlanıblar


Planetin 300 varlı adamının aktivləri 2013-cü ildə 524 milyard dollar artıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, milyarderlərin reytinqini müəyyənləşdirən Bloomberg agentliyinin açıqlamasına görə, dekabrın 31-nə onların varidatı 3,7 trilyon dollar olub. Eyni zamanda 2013-cü ildə 300 nəfər varlı adamdan 70-nin gəliri azalıb.

Dünya milyarderləri arasənda ötən il daha çox varlanan “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts olub. Onun varidatı 2013-cü ildə 15,8 milyard dollar artaraq 78,5 milyarda çatıb, “Microsoft”un aksiyaları isə 40 faiz artıb.

Dünyada kazino idarəçiliyi üzrə ən iri “Las Vegas Sands” şirkətinin gəlirlərinin üstünə isə ötən il 14,4 milyard dollar artıb. Dünyanın ən varlı adamlarından hesab olunan meksikalı Karlos Slim 2013-cü ildə 1,4 milyard dollar itirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır