Modern.az

Bakıda utancaq uşaqlar üçün terapiyalar təşkil edilib

Bakıda utancaq uşaqlar üçün terapiyalar təşkil edilib

İqtisadiyyat

7 Yanvar 2014, 13:27

Peşəkar Psixologiya Mərkəzi uşaqlar və yeniyetmələr üçün qrup terapiyaları təşkil edib. Park Bulvar dəstəyi ilə baş tutan qrup terapiyasında peşəkar psixoloqlar uşaq və yeniyetmələrlə intellektual və əyləncəli oyunlar keçiriblər. Peşəkar Psixologiya Mərkəzinin psixoloqu Tahibə Quliyeva qeyd edib ki, qrup terapiyalarında əsas məqsəd uşaq və yeniyetmələrdə özünəinamsızlıq, komplekslər, utancaqlıq, aqressiya, gərginlik və qorxuların aradan qaldırılmasıdır. Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyyə Quliyeva aktiv və hiperaktiv uşaqlar üçün də qrup terapiyalarının faydalarından danışıb. O, qeyd edib ki, oyun uşağın özünü ifadə etməsi üçün ən yaxşı vasitədir. Çünki oyun zamanı uşaq və yeniyetmələrin şüuraltında olan problemlər müəyyənləşdirilə bilir. Qrup terapiyası uşaq və yeniyətmələr tərəfindən maraqla qarşılanıb.




Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü