Modern.az

Kral qızlarının gizli hamam tuneli tapıldı

Kral qızlarının gizli hamam tuneli tapıldı

8 Yanvar 2014, 18:22
Türkiyənin ikinci böyük qalası olan Yumruğun Niksar məhəlləsindəki qalada Roma dövrünə aid iki ayrı gizli tunel tapılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunlardan birinin kral qızlarının Çanaqçı dərəsi bölgəsində olan hamama keçmək üçün istifadə etdikləri tunel olduğu irəli sürülüb. 6,2 kilometr uzunluğunda, Diyarbəkrdən sonra Türkiyənin ikinci böyük qalası olan Niksar qalasında bələdiyyənin gördüyü işlərdən sonra iki ayrı gizli tunel tapılıb. Qalanın cənub və şimal cəbhəsində olan və təxminən 100 metr uzunluğundakı gizli tunellərdə iş başladılıb. Görülən işlər zamanı tunellərin içərisində olan torpaq yığınları çölə çıxarılıb. Ancaq daha sonra qazıntıya icazə verilməməsi səbəbindən işlər sona çatıb. Şimal cəbhəsinə baxan 100 metr uzunluğundakı tunelin kral qızlarının qaladan aşağıda olan Roma hamamına enmək üçün istifadə etdikləri tunel olduğu irəli sürülüb. 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı