Modern.az

Qız Qalası içəridən “qaşınıb” - Tarixi abidənin təmir sonrası FOTOLARI

Qız Qalası içəridən “qaşınıb” - Tarixi abidənin təmir sonrası FOTOLARI

11 Yanvar 2014, 10:39

Bakının rəmzi və paytaxta gələn hər bir turistin baş çəkdiyi Qız Qalası Yeni ildən artıq istifadəyə verilib. Qala-muzey təmirdən sonra Yeni ildən qapılarını həm paytaxt sakinləri, həm də turistlərin üzünə açıb. Tarixi abidənin içi tamamilə dəyişilib.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin açıqlamasına görə, Latviyanın “DD Expo” şirkətinin mütəxəssisləri aparıb.

Modern.az əməkdaşına muzeydən verilən bilgiyə görə, qalanın divarları daxildən təxminən 10 santimetr aşılanıb və ağardılıb. Nəticədə Qız Qalasının içi genişlənib. Dövlət Qoruğuna göndərilən sorğuda bu məsələyə aydınlıq gətirilməyib. Belə olan halda Qız Qalasını daxildən “qaşıma”nın nə dərəcədə məntiqli və yararlı olması barədə yalnız memar və tarixçilərin ixtiyarına buraxılmış olur. Bu məsələ nə qədər mübahisəli olsa da, tarixi abidənin müasir avadanlıqlarla təchiz olunması mübahisə doğura bilməz. Hər mərtəbəsində eyni geyimli gülərüz qala işçiləri seyrçilərə müasir avadanlıqların necə işləməsi barədə məlumat verir. Quraşdırılan projektorlar divarlara məşəl, od təsvirləri verir.

Ən çox diqqət çəkən isə elektron kitablardır. Bir barmaq toxunuşu ilə əvəzlənən vərəqlərdə Qız Qalasının və İçərişəhərin tarixini Azərbaycan və ingilis dilində oxumaq mümkündür. Gələn ziyarətçilərin xeyli marağına səbəb olan yeniliklər bitmək bilmir. Ən yuxarı mərtəbəsində isə təhlükəsizliyi qoruyan mühafizəçilər dayanıb.

Qeyd edək ki, yanvarın 2-dən 6-a kimi Qız Qalasına giriş bayram münasibəti ilə pulsuz olub. Adi günlərdə isə giriş 7 yaşadək olan uşaqlar üçün pulsuz, məktəblilər üçün 20 qəpik, tələbələr üçün 60 qəpik, böyüklər üçün isə 2 manatdır.

Xatırladaq ki, qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb. 12-ci əsrə aid tarixi abidənin hündürlüyü 28 m-dir, daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilib, günbəz fоrmalı tavanla örtülüdür.
























Könül Qidayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır