Modern.az

Leonid İliç Brejnev - yarızarafat, yarıgercək...

Leonid İliç Brejnev - yarızarafat, yarıgercək...

İqtisadiyyat

12 Yanvar 2014, 20:08

Sovetlər birliyinin durğunluq illərinin müəllifi kimi yadda qalan Leonid İliç Brejnev düz 18 il SSRİ-nin baş kürsüsündə əyləşib. Bəzən anlaşılmaz siyasi gedişləri ilə çoxlarını təəcübləndirən Baş Katib bu 18 ildə yarızarafat, yarıgerçək bir çox hadisələrlə tarixin yaddaşına həkk olub. Azərbaycanı iri addımlarla irəlilədən, Olimpiada-80-nin uğurları ilə sevinən, dünya müharibəsinin qarşısının alınmasında oynadığı misilsiz rolu ilə öyünən, saatlarla uzun-uzadı çıxışlar edib özünü natiq kimi təqdim edən Leonid İliçin həyatında maraqlı məqamlar da az deyil.

Leonid İliç Brejnev SSRİ-də yeganə dövlət məmuru idi ki, beş dəfə - 1 dəfə Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Baş Katib siyasi fəaliyyəti dövründə ümumilikdə 200-dən artıq orden və medallarla təltif olunmuşdur.

Bəzən özünün də Baş Katib kürsüsündə əyləşməsinə təəcüblənən Leonid İliç buna baxmayaraq öz fəaliyyətindən razı olub. Yaxınlarından biri yüngül formada iradını bildirəndə ki, sovet mağazalarının piştaxtaları boşdur, Breynev özünəməxsus tərzdə cavab verib: “Bəli, piştaxtalar boşdur. Amma insanların mətbəxdəki soyuducuları doludur. Xalq narazı deyil. Çünki müharibə yoxdur.”

Leonid İliç “müəllifi olduğu”, vaxtilə çox populyar olan, hətta hər bir sovet adamının stolüstü kitablarına çevrilən “Kiçik torpaq”, “Dirçəliş”, “Xam torpaq” kitablarına görə mükafat qaydasında 180 min rubl alıb. Kitabın əsl müəlliflərinə isə pul verilməyib. Sadəcə onlar səxavətli rəhbər tərəfindən dövlət təltifləri ilə mükafatlandırılıblar.

Brejnev ilk dəfə olaraq 1970-ci ilin dekarın 31-də televiziya vasitəsi ilə xalqı Yeni il münasibətilə təbrik edib. Məhz bu hadisədən sonra dövlət başçılarının bayram münasibətilə efir təbrikləri ənənəyə çevrilib.

Digər rəhbərlərdən fərqli olaraq Brejnev öz sağlamlığına laqeyd yanaşıb. Sağlamlığı üçün həkimlər tərəfindən müəyyən olunmuş qadağalara məhəl qoymayan Leonid İliç tibbi personalla ünsiyyəti sevmirmiş. Ancaq bütün bunlarla yanaşı o, ona xidmət edən tibb bacısına dəlicəsinə vurulub. Bu münasibət Brejnevlər ailəsində kifayət qədər söz-söhbətə də səbəb olub.

Həkimlər Baş Katibə siqaret çəkməyi qadağan edəndə Leonid İliç baş mühafizəçisini siqaret çəkməyə və çəkdiyi siqaretin tüstüsünü onun üzünə piləməyə məçbur edib.

Brejnevin ən çox sevdiyi içki “Zubrovka” arağı olub. Şəxsi həkimi spirtli işkilərin qəbulunu Leonid İliçə qadağan edəndə Baş Katib öz kardioloqunu şam yeməyində “Zubrovka” arağına qonaq edib.

Leonid İliçin hobbilərindən biri də ov etmək idi. Ömrünün son illərində, ov silahını güçlə qaldırdığı vaxtlarda ondan xəbərsiz çöl heyvanlarını tutub Baş Katibin qarşısına buraxırlırmış ki, rəhbər ov zövqündən məhrum olmasın.

Bir qayda olaraq Brejnev ov zamanı əldə olunan qəniməti Kreml məmurları arasında bölürmüş. Bu bölgüdə o həmişə Suslovun payını artıq edirmiş. Bunun səbəbini zarafatla da olsa soruşanda o, bölgünün ədalətli olduğunu deyərək elə özü də zarafatla cavab verirmiş: “Suslov bizdə ideologiya səhəsinə cavabdehdir. Mağazalarda ət yoxdur. Buna xalq dözəcək. Amma ideologiyamız zəif olsa xalq bununla barışmayacaq.”

Leonid İliç maşın həvəskarı idi və sürəti çox sevirdi. Mühafizəçilərinin ən gərgin və narahat anları Baş Katibin sükan arxasına keçdiyi vaxtlar olurdu.

Brejnev öpüşləri ilə dillər əzbəri idi. Bir dəfə sağ yanaqdan, bir dəfə sol yanaqdan, üçüncü dəfə isə qaçılması mümkün olmayan dodaqlardan. Bu cür öpüş qeyri-rəsmi adını da almışdı: “Brejnev öpüşü.” Hətta deyilənə görə Marqaret Tetçerin SSRİ-yə səfərinin ləngiməsinin səbəblərindən biri də xanım siyasətçinin bu öpüşlərdən yayınması olub.

1976-cı ildə Brejnev kliniki ölüm keçirmişdi. Bu onun sağlamlığına ciddi mənfi təsir göstərməklə yanaşı danışığında, nitqində də özünü biruzə vermişdi. Baş Katib isə nitqindəki qüsurları protezi ilə bağlayırdı və protez düzəldən mütəxəsşisləri sərt tənqid edirdi. Son altı-yeddi ildə Leonid İliç 18 dəfə protezini dəyişmişdi.

Baş Katib stolüstü oyunlardan domino oynamağı çox sevirdi. O həm də xokkey həvəskarı idi. MOİK komandasına azarkeşlik edirdi.

Leonid İliç Brejnev 1982-ci ilin noyabr ayının 10-da vəfat edib. Vəfatından ay yarım əvvəl Bakıda səfərdə olmuşdu.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü