Modern.az

Qədəmləri xoş Xoşqədəm xanım...

Qədəmləri xoş Xoşqədəm xanım...

13 Yanvar 2014, 10:25

Axtarır

Tapır

Sevindirir

Ömürlərə ömür calayır

İnsan talelərinin ağrılarını içindən keçirir

Əzablar onu əzir

Sınmır – qürurludur

Mükəmməldir – məqsədinə catır

Nə təltif umur, nə də paya tamahı var

Ən böyük təltifi – tanımadığı bir kəsin sevinci

Ən böyük umacağı – heç kim heç kimi atmasın

Sevinci – göz yaşları

Kədəri – naxələflik və daş ürəklər

Savabı – yanan ürəklərin sərinliyi

Qazancı – haqq dünyasında CƏNNƏT

Getdiyi yollar – Əfqanıstan, İraq, Rusiya və daha haralar

Adı – qədəmləri xoş, Hidayət kişinin qızı Xoşqədəm

Doğum günü – bu gün, 13 yanvar

Doğum yeri – Dağlıq Qarabağ, Ağdərə rayonu, Narışlar kəndi

Bizim arzumuz – o gün olsun insanları bir-birinə qovuşdurduğunuz kimi bütün arzularınıza qovuşasınız, cənnət Qarabağda, Ağdərədə öz uşaqlıq xatirələrinizi axtarasınız. Siz axtardığınızı tapırsınız, o xatirələri tapacağınıza da şübhəm yoxdur. Ulu Tanrıdan bu dəyərli və şərəfli işinizdə Sizə uğurlar diləyirəm. Ən səmimi arzularla

İlham Cəmiloğlu   

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir