Modern.az

Kişilər niyə estetik əməliyyat etdiririlər?

Kişilər niyə estetik əməliyyat etdiririlər?

İqtisadiyyat

16 May 2010, 20:49

Dünyada plastik cərrahiyyə əməliyyatı keçirənlərin sayı sürətlə artmaqdadır. Faktlar göstərir ki, estetik cərrahiyə əməliyyatı keçirənlər arasında qadınlarla yanaşı kişilər də az deyil.


Modern.az
xəbər verir ki, Türkiyədə estetik cərrahiyə əməliyyatı keçirən 2 min nəfər arasında sorğu keçirlib. Məlum olub ki, onlardan 654-ü kişidir. Sorğuya qatılan estetik əməliyyat keçirmiş qadınların yüzdə 76-sı əməliyyat barədə başqalarının bilməsini istəmədiklərini söyləyiblər. Kişilərin isə yüzdə 82-si anonim qalmalarını istəyiblər.

Məlum olub ki, qadınlar daha çox döşlərini böyütmək və ya kiçiltmək, qarın piylərinin götürmək, əyri qıçlarını düzəltmək, yanlarını böyütmək, üz və boyun dərilərini dartmaq, göz qapağı və qulaqların estetikası üçün əməliyyat stoluna uzanırlar.


Kişilər isə iri burunlarını kiçiltmək, saç əkdirmək, jinekomasti (qadına xas görünüşlü döşlərin kiçildilməsi) və həddindən artıq tüklənmənin qarşısının alınması üçün estetik əməliyyata qərar verirlər.

Sorğuya qatılanların peşə qruplarına baxıldığında isə qadınlarda turizm və reklam sektorunda, istimai təşkilatlarında çalışanların çoxluq təşkil etdiyi önə çıxıb, onları bankçılar, müəllimlər və ev xanımları izləyir. Kişilərdə isə memarlar və müəllimlər ilk sırada gedirlər, onların ardınca sərbəst ticarət edənlər və turizmçilər gəlir.

Yaxşı görünmək insanın təbiətində...


Sorğunun nəticələrini şərh edən estetik cərrahı İbrahim Aşkar deyib: "Gözəllik yalnız qadına aid bir dəyər olmaqdan çıxıb, kişinin də tələbləri arasına girdi. Qadınlar qədər kişilər də estetik etdirir. Yaxşı görünmək insanın təbiətində olan bir şeydi. Fərdlər özlərini hər şeydən əvvəl yaxşı görmək istəyir. Özlərini bəyənmək, başqalarına bəyəndirmək istəyirlər. Artıq indiki vaxtda hər cür sosyo-kültürel və sosio-iqtisadi sinifdən estetik əməliyyat etdirənlər var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi