Modern.az

“Cin insan bədəninə girə bilməz” - İlahiyyatçı RƏYLƏRİ

“Cin insan bədəninə girə bilməz” - İlahiyyatçı RƏYLƏRİ

İqtisadiyyat

13 Yanvar 2014, 16:19

TV-də epilepsiyalı xəstədən “cinçıxarma əməliyyatı” cəmiyyətdə böyük mübahisələr doğurub. Doğurdanmı cinlər insan bədəninə girə bilər? Üstəlik, onların çıxarılması mümkündürmü?

İlahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında cini inkar etməyin doğru olmadığını dedi. “Tanıdığım bir çox insanlar var ki, cin çıxartma ilə məşğuldur. Bir çox insanlar da buna inanırlar və bunu inkar etmirlər. “Ezoterizm” deyilən bir anlayış var. Bu təkcə İslamla əlaqəli deyil, xristianlıqda da, yəhudilikdə də belə anlayış var. Bir yerə yığışıb müxtəlif dualar oxumaqla cini çıxarırlar. Sadəcə mənə maraqlıdır ki, həmin videoda cin çıxandan sonra qız özünə gəldimi, gəlmədimi?! Normal yaşam tərzinə davam edə bildimi?! Əsas məsələ budur. Bu gün şizofreniya kimi xəstə vəziyyəti “cin çıxartma” adı altında həyata keçirib fərqli bir peşənin yaranmasına gətirib çıxarırlar. Buna baxmayaraq, cinin mövcudluğu ilə bağlı heç bir şübhə yoxdur. Qurani-Kərimin “Cin” surəsində cinlərin olduğunu və onların gəlib Peyğəmbərə (s.) qulaq asmasından bəhs edir. Yaxud Süleyman peyğəmbərin dövründən bəhs edilərkən onun cinlərdən istifadə etdiyi deyilir. Ona görə də cinlərin varlığını inkar edə bilmərik. Amma cinin insana müdaxilə etməsi kimi hallara nə peyğəmbərimizin dövründə, nə də Qurani-Kərimdə müşahidə etmirik. O videoya mən də baxdım. Ola bilsin ki, həmin hallarla əlaqəli əvvəlki şounun davamıdır”.

İlahiyyatçı-yazar Kənan Rövşənoğlu isə insanın bədəninə cin girməsinin təxəyyül olduğunu dedi. “Qurani-Kərimin bir çox yerlərində cinlər haqqında bəhs olunur. İslama iman gətirənlər cinlərin varlığını qəbul edirlər. Şeytan özü də cin məxluqlarındandır. Amma efirdə cin çıxarılması, insanın bədəninə cin girməsi daha çox xurafat, mövhumat əlamətləridir. Dində belə şeylər yoxdur. Bədənə cin girməsi, cin çıxarılması absurddur”.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!