Modern.az

Az yatmaq vaxtsız ölüm riskini artırır

Az yatmaq vaxtsız ölüm riskini artırır

17 May 2010, 09:34

Həkimlərin son araşdırmalarına görə, 6 saatdan az yatmaq vaxtsız ölüm riskini artırır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya alimləri aparılmış 16 tədqiqatın nəticələrinə əsasən  belə bir qənaətə gəliblər. 25 il ərzində aparılmış tədqiqat işlərinə 1,5 milyon insan cəlb olunub. Böyük Britaniya, Amerika, Avropa  və Çində 100 mindən artıq vaxtsız ölüm faktı qeydə  alınıb.

 

Bütün əldə olunmuş nəticələri  tutuşduran ekspertlər  6 saatdan az yuxu ilə insanın həyatdan vaxtsız köçməsi arasında təkzibolunmaz əlaqə tapıblar. Məlumata görə, 6 saatdan az yatanlar   vaxtsız ölüm riski ilə daha artıq üzləşirlər. Tədqiqatlar gedişində həm də vaxtsız ölüm və 9 saatdan artıq yatmaq arasında da bağlılıq təhlil olunub. Uzunsürən yuxu hər hansı ciddi xəstəliyin əlaməti kimi izah olunub.

“Əgər qeyri-davamlı yuxu səhhətin pis durumunu xarakterizə edirsə, onda uzun sürən yuxu xəstəliyin göstəricisidir”,-deyə professor Françesko  Kappuçio bildirir.  Alim qeyd edir ki, hazırda insanların orta yuxu saatı tədricən azalır. Bu tam məşğuliyyət şəratində olan insanlar arasında yayılmış modeldir. Bu sosial təzyiqlə izah oluna bilər.  Digər tərəfdən səhhətimizin pisləşməsi çox vaxt yuxuya ayrılan saatların artması ilə müşayiət olunur.     Beləliklə də 

sutkada sistemli olaraq 6 saatdan 8 saata qədər yuxulamaq sağlamlıq üçün optimal  hesab oluna bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir