Modern.az

İnternet asılılığı 15 yaşlı qızı öldürdü

İnternet asılılığı 15 yaşlı qızı öldürdü

İqtisadiyyat

14 Yanvar 2014, 17:41


İngiltərədə 2012-ci ilin oktyabr ayında paytaxt Londondakı bir qatar stansiyasında intihar edən 15 yaşındakı balerina Tallulah Vilsonun ölüm səbəbinin internet asılılığı olduğu ortaya çıxıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, gerçək həyatda bir dənə belə yoldaşı olmayan Tallulah Vilsonun internet üzərində yaratdığı ikinci şəxsiyyətdən asılı hala gəldiyi və gerçək həyatla bağının qopduğu aydın olub.

Anası Sarah Vilson istintaqa verdiyi ifadəsində deyib ki, qızının ölümündən bir neçə həftə əvvəl internetdə yaratdığı xarakterdən asılı olub və internetə bədənini kəsib çəkdiyi fotoşəkilləri paylaşıb. Gənc qız internetdəki saxta adamı anasının öyrənməsindən yalnız 1 gün sonra qatar relsləri üzərində ölü tapılıb. Narkotik maddə istifadə etdiyi də aydın olan gənc qızın intihar meylli olduğu üçün nəzarətdə saxlanıldığı və internetdə saxta adamla tanış olduğu şəxsə narkotik apardığı üzə çıxıb.

Tallulah Vilsonun ölümündən əvvəl ölkənin prestijli rəqs akademiyası Royal Ballet Şooldan dəvət alıbmış.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!