Modern.az

Albert Eynşteyn - dahiliyi qədər qeyri-adi - MARAQLI

Albert Eynşteyn - dahiliyi qədər qeyri-adi - MARAQLI

14 Yanvar 2014, 21:48

Nobel mükafata laureatı, Nisbilik Nəzəriyyəsinin müəllifi, məşhur fizik, görkəmli alim, ictimai xadim Albert Eynşteyn insanların yaddaşında dahiliyi ilə yanaşı, həm də qeyri-adi olması ilə qalıb. Maraqlıdır, dünyada şöhrət qazanmış Eynşteynin qəribəliyi, qeyri adiliyi nədə olub?

1879-cu ilin martın 14-də cənubi Almaniyanın Ulma şəhərində anadan olan Eynşteynin valideynləri onun gələcəyinə çox ümidsiz baxıblar. Dörd yaşına qədər danışa bilməyən Albertin inkişafdan qalması valideynləri çox narahat edib.

Eynşteyin gimnaziyada təhsil alarkən həmyaşıdaları arasında ən tənbəl, zəif oxuyan, dərslərə davamiyyətində müəllimlərinin haqlı danlağına məruz qalan şagirdlərdən biri olub. Orta təhsil aldığı illərdə Albert haqqında yalnız bir ifadə işlədilib: “Bu uşaq gələcəkdə heç nəyə yaramayacaq.” Eynşteyn gimnaziyanı sona qədər oxuya bilməyib.

Eynşteyn gənclik illərindən sonra corab geyinməyib. O, bunu belə əsaslandırıb: “İnsanın ayağının baş barmağı geydiyi corabı deşməyə xidmət edir. Belə olan halda corab geyinməyə lüzum qalırmı?”

1933-cü ildə Hitler hakimiyyətə gələndə Albert Eynşteyn Amerikaya köşmək, daha dəqiq desək qaçmaq məcburiyyətində olub.

Uzun illər Amerikada yaşamasına baxmayaraq Albert Eynşteyn ingilis dilində yazmağı bacarmayıb.

Eynşteynə onun laboratoriyasında olmaq istəyi ilə müraciət edəndə o, cibindəki qələmi göstərərək cavab verib: “Baxın, budur mənim laboratoriyam”.

Dahi fizik oxumaqdan, eşitməkdən, baxmaqdan çox dərindən fikirləşməyə, düşünməyə üstünlük verib. Bu da bir çox hallarda onun həyatında bəzi qeyri-adi hadisələrə səbəb olub. Belə ki, o öz laboratoriyasından qısa müddətə harasa gedəndə “Eynşteyn 1 saatdan sonra olaşaq” yazılmış kağızı qapının üstünə yapışdırarmış. Geri qayıdanda qapının üstündəki həmin yazını oxuyub laboratoriyanın qarşısındakı skamyada əyləşib bir saat gözləyərmiş.

Eynşteyn fantastikanı, xəyal və xülyaları, gələcək haqqında danışmağı sevmirdi və bu haqda deyirdi: “Gələcək haqqında danışmağa dəyməz. Biz heç buna macal da tapa bilməyəcik. Çünki gələcək sürətlə gəlir.”

Mənim beynimdəki gərəksiz fikirləri yalnız külək və su təmizləyə bilər deyən Eynşteyn yelkənli idman növünün həvəskarı olub.

Albert Eynşteyn Çarli Çaplinin filmlərini çox sevirmiş. Bu münasibətlə ona teleqram göndərir: “Sizin böyük sənətkarlığınız insanlar tərəfindən çox yaxşı dərk olunur. Ona görə də Siz dahisiniz.” Çapli Çaplin dahi fizikə cavab göndərir: “Cənab Eynşteyn, Sizin Nisbilik Nəzəriyyəniz dərkolunmazdır. Amma Siz də dahisiniz.”

Eynşteyn mütəmadi olaraq əyalətlərdə mühazirə oxumağa, konfranslara gedirmiş. Belə səfərlər çox vaxt alimi yorur. Növbəti səfərlərin birində bunu hiss edən sürücüsü Eynşteynə təklif edir:

- Cənab Eynşteyn, getdiyimiz yerdə Sizi üzdən tanımırlar. İcazə verin mühazirəni mən oxuyum, siz də zalda əyləşib istirahət edin. Onsuz da bütün mühazirələrinizi artıq əzbər bilirəm.

Eynşteyn razılaşır. Sürücü kürsüdən müvəffəqiyyətlə mühazirəni oxuyub sona çatdırır. Bu an zaldan bir nəfər ona çox qəliz və çətin bir sual verir. Sürücü özünü itirmir:

- Cənab, sizin verdiyiniz sual o qədər bəsitdir ki, onu mənim zalda əyləşən sürücüm cavablandıracaq.

Eynşteynin anası müsiqiçi olduğundan oğlunu da bu sahəyə cəlb etmək istəyir. Ciddi cəhdlərdən sonra Albert skripka çalmağı öyrənir və bu onda çox yaxşı alınır. Çox-çox sonralar, dahi fizik olduğu vaxtlarda xeyriyyə tədbirlərinin birində Eynşteyn skripkada öz məharətini göstərir. Fürsəti əldən verməyən jurnalistlər onun çəklini çəkib qəzetlərə verirlər. Səhərisi gün Eynşteyin bu qəzetləri göstərərək ətrafındakı insanlara deyir:

- Siz bu günə kimi məni tanımamısınız, elə bilmisiniz ki, mən fizikəm. Səhvə yol vermisiniz. Mən mahir skripkaçıyam.

1952-ci ildə İsrailin prezidenti vəfat etdikdən sonra Albert Eynşteynə prezident kürsüsü təklif olunur. O, bu təklifdən fərəhlənsə də imtina edir.

Albert Eynşteyn 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və xüsusilə fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür.

Eynşteyn 1955-ci ilin aprelin 18-də vəfat edir. Onun dəfnində cəmi 12 nəfər olur, ən yaxın dostları və ailə üzvləri. Dəfnin belə keçirilməsini görkəmli alim özü belə vəsiyyət etmişdi.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir