Modern.az

Prezidentin sevgilisi jurnalı məhkəməyə verdi

Prezidentin sevgilisi jurnalı məhkəməyə verdi

17 Yanvar 2014, 11:44


Aktrisa Jyuli Qaye onun Fransa prezidenti Fransua Ollandla münasibətlərindən yazan “Closer” jurnalını məhkəməyə verib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Qaye şəxsi həyatının özəllik prinsipini pozduğuna görə 50 min avro və məhkəmə məsrəfləri üçün daha 4 min kompensasiya tələb edir. Əgər aktrisanın iddiası təmin olunarsa, jurnal məhkəmə qərarını üz qabığında çap edəcək. Bundan əvvəl prezident Olland da jurnalı məhkəməyə verəcəyini açıqlayıb. O da jurnalistləri şəxsi həyatına qanunsuz müdaxilədə günahlandırırdı. Amma sonradan prezident bu iddianı verməkdən geri çəkilib. Olland Jyuli Qaye ilə sevgi romanı yaşadığını təkzib etməyib. Prezidentin aktrisa ilə münasibətləri haqda yazı jurnalda yanvarın 10-da çap olunub. Həmin yazıdakı fotoda Ollandın aktrisa ilə görüşdüyü sübut olunurdu.

Qeyd edək ki, bu hadisədən sonra Ollandın vətəndaş nikahı ilə yaşadığı həyat yoldaşı Valeri Trierveyler sarsıntı keçirdiyindən xəstəxanaya yerləşdirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!