Modern.az

Həkim: “Tanınmışlarla yanaşı, ev xanımları, müəllimlər də plastik əməliyyat etdirir”

Həkim: “Tanınmışlarla yanaşı, ev xanımları, müəllimlər də plastik əməliyyat etdirir”

18 Yanvar 2014, 10:04


Plastik cərrahiyyə həkimlərinə üz tutanların sayı son zamanlar artmaqdadır. Əvvəllər, plastik cərrahiyyənin geniş yayılmadığı dövrlərdə insanların xarici görkəmində hansısa xoşa gəlməyən hissələr yox idimi?

Plastik cərrah Araz Salmanov Modern.az saytına açıqlamasında bunun normal olduğunu vurğulayıb. Həkimin dediyinə görə, insanların mədəni səviyyəsi artdıqca onların plastik cərrahiyyəyə meyli də atır:

 “Əksəriyyət fikirləşir ki, cərrahiyyəyə üz tutanların çoxu tanınmış adamlar, müğənnilərdir, amma yanılırlar. Bu gün kifayət qədər sıravi vətəndaş, o cümlədən, ev xanımı, müəllim, həkim və başqaları bizə müraciət edir. Ata öz qızını, əri xanımını, ana oğlunu gətirməklə onu narahat edən komplekslərdən azad olur. Əksəriyyət bunu normal qəbul edir. Ortaya çıxan yeganə və əsas problem maddi vəziyyət olur. Çünki gələnlərin bəziləri maddi vəziyyətlə bağlı cərrahiyyə etdirməkdən imtina edir. Aralarında həkimin yanına gəlib, əməliyyatdan qorxduğu üçün geri qayıdanlar da olur. Ən çox müraciət edənlər burun əməliyyatı istəyənlərdir. Pasientlərin müraciəti məhz burunla əlaqədardır. İkinci yerdə qarın nahiyyəsinin estetikası, üçüncü yerdə süd vəzilərinin plastik cərrahiyyəsidir. Müraciət edənlərin böyük hissəsini qadınlar təşkil edir. 20 faizi kişilərdir, onlar da burun əməliyyatı üçün müraciət edirlər. Əsas müraciət edənlər 20-40 yaş arası insanlardır”.

 

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir