Modern.az

Jurnalistlə sevişən nazirin arvadı ölü tapıldı

Jurnalistlə sevişən nazirin arvadı ölü tapıldı

İqtisadiyyat

18 Yanvar 2014, 15:16

Hindistanın insan ehtiyatlarının inkişafı üzrə naziri Şaşa Tharuranın həyat yoldaşı, ərini pakistanlı jurnalistlə sevgi romanına  görə ittiham edən qadının hoteldə meyiti tapılıb. Modern.az saytı xarci KİV-ə istinadən bildirir ki, ilkin ehtimala görə onu öldürüblər. Məlumatda qeyd edilir ki, nazir arvadı Sunanda Puşkarın  cəsədini öz evlərini təmir etdirdikləri üçün yaşadıqları Nyu-Dehlidəki “Leela” hotelinin nömrələrindən birində aşkarlayıb. Tharuranın sürücünün və mühafizəçinin sözlərinə görə, son vaxtlar depressiyada olan Puşkar heç nə yemir, yalnız alkoqollu içki qəbul edirmiş. Əvvəlcə ehtimal olunub ki, nazirin arvadı həddindən çox dərman qəbul etdiyinə görə keçinib. Amma biq qədər sonra “Zee News” televiziya kanalı məlumat verib ki, Puşkarın bədənində xəsarətlər olduğundan təbii ölüm deyil. Nazir özü arvadı öləndən sonra ürəyindəki ağrılara görə xəstəxanaya yerləşdirilsə də, sonradan oradan çıxıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı