Sabiq deputat Nazim Məmmədov “Mercedes” markalı markalı avtomobilini satışa çıxarıb. Modern.az saytının xəbərinə görə, Nazim Məmmədov bu barədə Facebook-dakı profilində elan verib.
“Belə rahat, gözəl maşına müştəri çıxmır ki, maşınımızı təzələyək. Gəl ay müştəri...”-deyə eks-deputat bildirib.
Modern.az əməkdaşı ondan maşının qiymətini soruşub. Nazim Məmmədov avtomobilini 55-60 min dollar qiymətə satışa çıxardığını və müştəri olsa, fazisiz kreditə də verə biləcəyini vurğulayıb.
Eks-deputat almaq istədiyi yeni avtomobil haqda da məlumat verib: "Almaniyada “Mercedes”in 2014-cü il modeli məni gözləyir”.
A.Qorxmaz