Modern.az

Napoleon Bonapart - pişikdən qorxan cəsur sərkərdə - MARAQLI

Napoleon Bonapart - pişikdən qorxan cəsur sərkərdə - MARAQLI

İqtisadiyyat

20 Yanvar 2014, 21:35

Fransa imperatoru, İtaliya Pespublikasının Prezidenti olmuş Napoleon Bonapart dünya sərkərdələri arasında özünəməxsusluğu ilə yanaşı həm də qeyri-adi şəxsiyyət kimi yaddaşlarda qalıb.

Napoleon Bonapart 16 yaşında ordu sıralarına gedib, 24 yaşında general rütbəsi daşıyıb, 34 yaşında isə Fransanın imperatoru olub.

Görkəmli sərkərdə Napoleon bir dəqiqə ərzində iki min söz oxumaq bacarığına malik olub.

Gün ərzində cəmi iki-üç saat yatan Napoleonun güclü yaddaşı olub. O, minlərlə əsgərin adını əzbərdən bilib.

İtaliyanın hal-hazırkı bayrağının müəllifi Napoleon Bonapartdır.

Napoleonun boyu 157 sm olub.

Qorxmaz sərkərdənin ən qorxduğu şey pişik olub.

Napoleon Bonapart islam dininin qüdrətinə yüksək qiymət verib: “ Din elə bir qüvvədir ki, Həzrəti Məhəmməd (s.ə.s) onun vasitəsilə dünyaya yeni bir yön verdi.”

İlk nikah gecəsində Napoleon özünü hədsiz ehtiraslı aparıb. Xanımı Jozefinanın iti elə hesab edib ki, sahibinə təcavüz edirlər və o yatağa atılaraq sərkərdənin ayağından dişləyib.

Döyüşçülərin kitellərinin qolunda düymələrin tikilməsi Napoleonun ideyası olub. Sərkərdə bunu ona görə düşünüb ki, əsgərlər burunlarını qollarına silməsinlər.

Napoleon döyüş zamanı əsgərlərinə ona “sən” deyə müraciət etmələrinə icazə verib.

Napoleonun daşıdığı soyad Banopart “yaxşı valideynlərdən” mənasını daşıyır.

Görkəmli sərkərdə öz döyüşçüsünü postda yatmış görəndə sərt tədbirlər görməyib. Əksinə, yatmış əsgərin silahını götürüb postda keşik çəkib.

Napoleonun sevimli atının adı Morenqo olub.

Qüvvələrin qeyri-bərabər olduğu döyüşlərin birində sərkərdəyə deyirlər ki, rəqiblərin sayə 150 min, biz isə 50 min nəfərik. Napoleon təmkinini pozmadan cavab verib: “50 min və üstəgəl Napoleon Bonapart, demək biz daha çox və daha güclüyük.”

“Mənə türklərdən ibarət bir ordu verin dünyanı fəth edim.” Bu sözlərin müəllifi də dünyanın ən görkəmli sərkərdələrindən biri olan Bonapart Napoleondur.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?