Modern.az

Ən zəngin 85 adamın sərvəti dünya əhalisinin yarısının gəlirinə bərabərdi

Ən zəngin 85 adamın sərvəti dünya əhalisinin yarısının gəlirinə bərabərdi

21 Yanvar 2014, 17:34

Beynəlxalq yardım təşkilatı “Oxfam”ın araşdırmasına görə, dünyadakı ən zəngin 85 adamın sərvəti, ən yoxsul 3,5 milyard adamın, yəni dünya əhalisinin yarısının cəmi mal varlığına bərabər vəziyyətdədir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, “Oxfam” sabah Davosda başlayacaq Dünya İqtisadiyyat Forumu ərəfəsində siyasət və iqtisadiyyat liderlərinə, artan bərabərsizlik və gəlir ədalətsizliyinə qarşı hərəkətə keçmələri çağırışı edib.

“Oxfam”ın hesabatına görə, ən zəngin 85 adamın cəmi sərvəti 1,7 trilyon dollardır. Ən yoxsul 3,5 milyard adamın sərvəti toplandığında ancaq buna bərabər olur. Hesabata görə, ən zəngin yüzdə 1-lik seqmentin əlində 110 trilyon dollar var və bu məbləğ dünya əhalisinin yüzdə 50-sinin cəmi varlığının 65 qatına bərabərdir. 2009-cu ildən bəri ABŞ-dakı yüzdə 1-lik ən zəngin əhalinin daha zənginləşdiyi, yoxsulların yüzdə 90-nın daha da yoxsullaşdığı bildirilir.

85 nəfər zənginlər klubunun 31-i ABŞ-da yaşayır. Siyahının zirvəsində isə “Forbes” jurnalında ailə sərveətinin 73 milyard dollar olduğu bildirilən meksikalı telekommunikasiya müdiri Karlos Slim Helu gəlir. Heluyu 67 milyard dollarlıq sərvəti ilə “Microsoft”un qurucusu Bil Geyts izləyir. 53,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən böyük sərmayəçilərindən Varren Buffett və 23 milyard dollarla “Google”nin qurucu ortaqlarından Larry Page də siyahıdakı ən tanınmış adlar sırasındadır. Dünyanın ən zəngin qadını isə kosmetik şirkəti “L'Oreal”in 30 milyard dollarlıq sərvətinə sahib olan Liliane Bettencourtdur.   


Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub