Modern.az

Fətullah Güləndən Ərdoğanı bitirəcək son ZƏRBƏ

Fətullah Güləndən Ərdoğanı bitirəcək son ZƏRBƏ

Dünya

22 Yanvar 2014, 16:16

ABŞ-da mühacirətdə yaşayan Türkiyənin ən tanınmış dini lideri Fəthullah Gülən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) antidemokratik addımlarından narahat olduğunu bəyan edib. Modern.az saytı xəbər verir ki, “Wall Street Journali”nda çap olunan son bəyanatında Fətullah Gülən ötən il dekabrın 17-dəki qalmaqaldan sonra korrupsiyaya bulaşdıqlarına  görə məsuliyyət daşıyan hökumət üzvlərini cəzalandırmaq əvəzinə, onları müdafiə edən baş nazir Rəcəb Tayyib Ərdoğan hökumətinin siyasətini sərt tənqid edib.
Bunun ardınca Fətullah Gülən Türkiyə vətəndaşlarını martın 30-da keçiriləcək bələdiyyə seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyasını dəstəkləməyə çağırmaqla Ərdoğana öldürücü zərbə vurub:

“Vaxtı çatanda “Camaat” hərəkatının üzvləri seçim edərək Cümhuriyyət Xalq Partiyasına səs verəcəklər”.

Qeyd edək ki, Fəthullah Gülənin Türkiyədə 20 milyon tərəfdarının olduğu bildirilir. 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü