Modern.az

Uinston Çörçil - siqarı, viskisi, şlyapası ilə fərqlənən siyasətçi - MARAQLI

Uinston Çörçil - siqarı, viskisi, şlyapası ilə fərqlənən siyasətçi - MARAQLI

Dünya

24 Yanvar 2014, 00:46

20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan ingilis siyasi və dövlət xadimi Uinston Çörçilin vəfatından bu gün 49 il keçir. İllər ötsə də dahi siyasətçinin qeyri-adiliklərlə zəngin həyatı insanlar tərəfindən böyük maraqla qarşılanır. Modern.az saytı onunla bağlı maraqlı məlumatları təqdim edir.

Uinston Çörçil 1874-cü ildə Blenheym şəhərində anası karnavalda iştirak etdiyi zaman hamiləliyinin yeddinci ayında qarderobda - qadınların soyunma otağında dünyaya göz açıb.

Çörçilin uşaqlıqdan təhsilə marağı olmayıb. Dərslərini oxumamaqla yanaşı o həm də məktəb qayda-qanunlarına əməl etməyən ən intizamsız şagirdlərdən sayılıb.

O siyasətçi olmaqla yanaşı həm də - memar, rəssam, hərbi jurnalist, tarixçi və yazıçı kimi də tanınıb.

Uinston Çörşilin həyat tərzi ilə bağlı özünəməxsus dəyişməyən devizi olub: “Gündə 5-6 siqar, 3-4 qədəh viski və heç bir idman hərəkətləri.” Ancaq baş nazir ozü də buna riayət etməyib. Çünki çəkdiyi siqarların sayı 10-12, içdiyi viskinin qədəri isə 10-15 qədəh olub.

Uşaqlıqda danışığında qüsur olan və hətta kəkələyən Çörçil dünya tarixinə çox mahir və mükəmməl nitq qabiliyyətinə malik bir insan kimi daxil olub.

Həvəskar rəssam olan baş nazirin 600-dən artıq özünün çəkdiyi rəsm əsəri olub.

“Taym” jurnalı iki dəfə 1940 və 1949-cu ildə Uinston Çörçili “İlin adamı” elan edib.

Çörçil 1953-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatının laureatı olub.

2002-ci ildə isə BBC teleradio şirkətinin bir milyon insan arasında apardığı sosial sorğu nəticəsində Çörçil bütün dövrlərin ən dahi britaniyalısı seçilib.

1963-cü ildə britaniyalı siyasətçiyə Amerika Birləşmiş Ştatlarının fəxri vətəndaşı adı verilib.

Çörçil natiq olduğu qədər də hazırcavab olub. Parlamentdəki çıxışından sonra qadın millət vəkillərindən biri onunla razılaşmayaraq kəskin etirazını bildirib:

- Cənab Çörçil, mən Sizin arvadınız olsaydım qəhvənizə zəhər qatardım.

Çörçil təmkinini pozmadan cavab verib:

- Siz mənim arvadım olsaydınız, əgər mənə belə bir xoşbəxtlik qismət olsaydı Sizin mənə verdiyiniz zəhəri mən məmnunniyyətlə içərdim.

Baş nazirin hazırcavablığı ilə daha maraqlı bir fakt. Rəsmi görüşlərin birində qadın siyasətçi Çörçilin içkili olduğunu hiss edir və bundan möhkəm əsəbləşir:

- Cənab, Siz keflisiniz.

Çörçil gülümsəyərək cavab verir:

- Düzdür mən kefliyəm. Siz isə eybəcərsiniz. Mən səhər ayılacam, Siz isə ömrünüzün sonuna qədər eybəcər qalacaqsınız.

Uinston Çörçil yubileylərində şəkil çəkdirməyi çox sevib. 80 illik yubileyində orta yaşlı fotoqraf onun şəkilini çəkəndə deyir:

- Mən xöşbəxt fotoqrafam ki, Sizin kimi dahi bir şəxsiyyətin şəklini çəkmək mənə qismət olub. Çox arzu edərdim ki, gələn il ad gününüzdə də Sizin şəklinizi çəkmək mənə nəsib olsun.

Çörçil diqqətlə fotoqrafı süzəndən sonra cavab verib:

- Siz yəqin ki, öz arzunuza çatacaqsınız. Çünki sizə diqqətlə baxdım, sağlam adama oxşayırsınız.

Şlyapası ilə fərqlənən nəhəng siyasətçi bütün görüşlərində əli ilə “V” işarəsini göstərib. Bu işarə “qələbə bizimlədir” mənasını bildirir.

Rəsmi ziyafətlərin birində Çörçilə qulluq edən xidmətçi şampan şərabı süzəndə qədəh aşıb və şərab Baş nazirin başına tökülüb. Baş vermiş hadisədən araya ölüm sükutu çöküb. Vəziyyətin çox gərgin olduğunu görən Çörçil gərginliyi aradan qaldırmaq üçün xidmətçiyə müraciət edib:

- Siz əminsinizmi ki, şampan şərabı keçəl başda tük əmələ gətirəcək?

Çörçil çimməyi çox sevib. Bir dəfə qatarla Misirə səfəri zamanı səhralıqda qatarın dayandırılmasını və isti suyun gətirilməsini əmr edib. Səhralıqda soyunub yüngülvari çimdikdən sonra onu təəcüblə seyr edən ərəblərə üz tutaraq deyib:

- Elə bil birinci dəfədir çılpaq insan görürsünüz...

“Mən Yaradanla görüşə hazıram. Tanrı mənimlə görüş kimi ağır sınağa hazırdırmı?” –deyən Uinston Çörçil öz bacarığına, istedadına və şəxsiyyətinə hədsiz heyranlıqla yanaşıb.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır