Modern.az

Saakaşvilidən kitab yazan amerikalı Əfqanıstanda öldürüldü

Saakaşvilidən kitab yazan amerikalı Əfqanıstanda öldürüldü

24 Yanvar 2014, 13:28

Tanınmış amerikalı politoloq Aleksandros Petesen Əfqanıstandakı terror əməliyyatları zamanı ölən öldürülən ABŞ vətəndaşlarından biri olub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, 29 yaşlı Petersen paralel olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvılının tərcümeyi-halını da yazıb. Petersenin işlədiyi “Atlantik şurası” siyasi mərkəzinin Vaşinqton bürosunun saytında qeyd edilib ki, onun Saakaşvili haqqındakı kitabı bir neçə ay müddətində hazır olmalı idi.
Qafqaz və Mərkəzi Asiya üzrə ixtisaslaşan ekspert Amerika Universitetinin Əfqanıstandakı yerli nümayəndəliyinə yanvarın əvvəllərində gəlib. Kabildə yanvarın 17-də taliblərin həyata keçirdiyi terror zamanı ölən 21 nəfərdən 13-ü əcnəbi olub.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir