Modern.az

İki nazir Quşçuluq Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib qərar verdi

İki nazir Quşçuluq Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib qərar verdi

24 Yanvar 2014, 13:37

Heydər Əsədov və Şahin Mustafayev Quşçuluq Cəmiyyətinin nümayəndələrindən ibarət işçi qrupun yaradıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Kənd təsərrüfatına 98 mln. manat kredit verilib.

“2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, əhalinin qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsi əsasən də quş ətinə olan tələbatın tamamilə yerli məhsullar hesabına ödənilməsi üçün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Bakı Biznes Mərkəzində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə görüş keçirilib.

Kənd təsərrüfatının bu sahəsinə dövlət dəstəyi ilə yanaşı, quşçuluq sahəsində investisiya layihələrinə güzəştli kreditlərin verilməsi də bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Belə ki, son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyalara əsaslanan və illik istehsal gücü 55 min ton quş əti, 84 mln. ədəd damazlıq yumurta və 164,5 mln. ədəd əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 mln. manatdan çox güzəştli kredit verilib. Artıq 28 quşçuluq təsərrüfatı istifadəyə verilib, 2014-cü il ərzində daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir. Son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97.3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb. Sonda İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Quşçuluq Cəmiyyətinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərar alınıb. İşçi qrupuna quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün görüləcək tədbirlər barədə təkliflər hazırlamaq tapşırılıb.

 

Gültəkin Ələsgər  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır