Modern.az

Ermənistanda cinayət və korrupsiya halları artıb

Ermənistanda cinayət və korrupsiya halları artıb

27 Yanvar 2014, 14:02

Ermənistanın Xüsusi İstintaq Xidmətinin 2013-cü ilin yekunları ilə bağlı illik hasabat yığıncağında xidmətin rəisi Vaqram Şaqinyan icraatlarında 239 cinayət işinin qeyd olunduğunu deyib. Ötən illə müqayisədə cinayət hallarının 17 faiz artmasını söyləyən xidmət rəisi bildirib ki, 2012-ci ildə bu rəqəm 204 olub. Daha sonra Vaqanyan bildirib ki, korrupsiya halları da artıb, belə ki, 2012-ci ildə korrupsiya xarakterli cinayətlərin sayı 46 idisə, 2013-cü ildə bu rəqəm 77-yə çatıb.

Cinayət hadisələrinin artdığı və cinayətkarlığa qarşı mübarizənin yarıtmaz vəziyyətdə olduğu halda yığıncağın sonunda Xüsusi İstintaq Xidmətinin rəis müavini Ovannisyan və mühüm məsələlər üzrə baş müstəntiq Babayan Ermənistan prezidenti Serj Sarqsyanın fərmanı ilə “Mxitar Qoş” medalları ilə təltif olunublar.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər