Modern.az

Qəddafinin qorxulu hərəmxanası üzə çıxdı

Qəddafinin qorxulu hərəmxanası üzə çıxdı

27 Yanvar 2014, 14:10

Liviyanın keçmiş lideri Müammər Qəddafinin şəxsi həyatı ilə əlaqədar qorxunc iddialar İngiltərə mətbuatında yayılıb. Məlumatda qeyd edilir ki, Qəddafi sarayında gənc qızların seks köləsi kimi istifadə edildiyi, zorlanmağa məcbur edildikləri otaqlar tapılıb.

Modern.az saytı bildirir ki, “Daily Mail” qəzetində çap olunan xəbərə görə polkovnik Qəddafinin sarayındakı bu hücrələrdə Qəddafi gənc yaşdakı qızlara və hətta kişilərə təcavüz edirmiş. Yüzlərlə gənc qız saraydakı bu tüklər ürpərdici hücrələrdə zorla saxlanılırmış.

İşin daha da ürküdücü tərəfi keçmiş diktatorun məktəbləri ziyarət edərək özünə qurbanlar seçməsidir.

Məlumatda qeyd edilir ki, Qəddafinin seks hüceyrələrindəki yataq otaqları 70-ci illərin tərzinə uyğun dekorasiyaya edilibmiş. İki yatağın tapıldığı bu otaqda Qəddafi 14 yaşındakı gənc qızlara təcavüz edirmiş.

Hadisənin qan donduran başqa bir hissəsində isə Qəddafinin seks köləsi halına gətiriləcək olan qızların əvvəl əhatəli bir müayinədən keçirilməsidir. Xüsusi alətlərlə təchiz edilmiş bir otaqda qızlar əvvəl buradan keçir, ardından Qəddafinin seks köləsi edilirmiş.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir