Modern.az

Ötən ilin dövlət büdcəsindən 381 milyon manat xərclənməyib - Maliyyə Nazirliyi

Ötən ilin dövlət büdcəsindən 381 milyon manat xərclənməyib - Maliyyə Nazirliyi

27 Yanvar 2014, 16:03


2013-cü il dövlət büdcəsindən 381,8 mln. manat xərclənməmiş qalıb. Ötən ilin dövlət büdcəsinin mədaxili 19494,4 mln. manat, xərcləri 19112,6 mln. manat olub. Maliyyə Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin büdcəsində 381,8 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Ötən ilin büdcə mədaxili 101,8 faiz icra olunub ki, bu da 2012-ci illə müqayisədə 2212,9 mln. manat və ya 12,8 faiz çox olub.

Nazirlikdən onu da bildiriblər ki, Vergilər Nazirliyi mədaxil proqnozunu 104,1 faiz icra etməklə dövlət büdcəsinə 6664,0 mln. manat vəsait təmin edib. Bu da proqnoza nisbətən 264,0 mln. manat, 2012-ci ilə nisbətən isə 638,5 mln. manat və ya 10,6 faiz çoxdur.

2013-cü ildə Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edərək büdcəyə 1383,2 mln. manat vəsait daxil olub. Komitədən büdcəyə daxil olan gəlirlər 2012-ci illə müqayisədə 174,9 mln. manat çox olub.

2013-cü ildə sair gəlirlərdən nəzərdə tutulan 24,0 mln. manata qarşı büdcəyə 90,7 mln. manat və ya proqnoza nisbətən 3,8 dəfə çox vəsait təmin edilib.

Dövlət Neft Fondundan büdcəyə 11350,0 mln. manat transfert edilib.

Ötən il büdcə xərcləri də 2012-ci ilə nisbətən çox olub. Belə ki, 2013-cü ildə dövlət büdcəsinin xərcləri 96,3 faiz icra edilib ki, bu da 2012-ci ilə nisbətən 1696,1 mln. manat və ya 9,7 faiz çoxdur. Xərclərindən 50,7 faiz və ya 9688,1 mln. manat cari xərclərə, 45,5 faiz və ya 8696,3 mln. manat əsaslı xərclərə, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6915,0 mln. manat, və ya 728,2 mln. manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6239,0 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 598,0 mln. manat faiz çoxdur. Ötən il icmal büdcənin gəlirləri 22919,3 mln. manat təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 580,9 mln. manat və ya 2,6 faiz, xərcləri isə 21857,0 mln. manat və ya 89,2 faiz olub ki, bu da 2012-ci illə müqayisədə 1784,3 mln. manat və ya 8,9 faiz çoxdur.    

Gültəkin ƏLƏSGƏR
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?