Modern.az

Azərbaycanda “Azsamand” avtomobillərinin istehasalı bərpa olunacaq - Şirkətdən AÇIQLAMA

Azərbaycanda  “Azsamand” avtomobillərinin istehasalı bərpa olunacaq - Şirkətdən AÇIQLAMA

İqtisadiyyat

28 Yanvar 2014, 14:49

Azərbaycanın ilk minik avtomobili istehsalçısı olan Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan “Azsamand” avtomobillərinin istehsalını və satışını dayandırıb.
“Azsamand” şirkətinin satış şöbəsindən Modern.az saytına bildiriblər ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb isə İrandan avtomobil hissələrinin alınmaması olub.

“Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə əlaqədardır. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb”.

“Azsamand”lara tələbatın böyük olduğunu deyən şirkətin satış şöbəsinin əməkdaşı zavodun yenidən fəaliyyətə başlayacağını da bildirib.

Xatırladaq ki, Azərbaycanda “Azsamand” avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfi ilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunduu.

Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir