Modern.az

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə FOTOSÖHBƏT

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə FOTOSÖHBƏT

Fotosöhbət

31 Yanvar 2014, 17:54

Modern.az saytı  hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri  Novella Cəfəroğlu  ilə fotosöhbəti təqdim edir. 

Novella Cəfəroğlu 1941-ci il martın 3-də Naxçıvan şəhərində anadan olub. 1958-ci ildə məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1963-cü ildə təhsilini başa vurub. Mərkəzi regional analitik laboratoriyada kimyaçı mühəndis vəzifəsində işləməyə başlayıb. Sonrakı illərdə Cənub Geoloji ekspedisiyasında, Baş Geoloji idarədə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. 

1977-ci ildə Balakəndə laboratoriya müdiri vəzifəsində çalışıb. 1984-cü ildə Azərbaycan Əlvan Metallurgiya idarəsində baş mühəndis və şöbə müdiri vəzifəsində işləyib. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. Kimya elmləri namizədidir. Çoxlu elmi məqalələri, kitabları çap edilib. 

1990-cı ildə Azərbaycan Milli Azadlıq hərəkatına qoşulub, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin fəallarından olub. 1993-cü ildən həmin cəmiyyətin sədridir. 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Demokratiya uğrunda Marşall mükafatına layiq görülüb.

Ailəldir, üç oğlu var.

 

 Atamla Moskvada çəkilən ilk şəklimizdi. Burda hardasa 5 yaşım olar.

 

10-cu sinif. Məktəb illərim...

 

Məktəb vaxtında çəkilib.Yanımdakılar bibim və böyük bacım Almazdı.


Sinif yoldaşlarımla bir arada.

 

Rəfiqələrimlə məktəbdə... Maraqlı bir gün idi.


Tələbəlik illəri. Rəfiqəmlə

 

Tələbə yoldaşlarımla dəniz kənarında istirahətə getmişdik.


Tələbəlik illəri. Ortada oturan mənəm.

 

Gənclik illəri...

 

Geoloji idarədə çalışdığım illərdi. İş vaxtı çəkilib.


Hansısa rayonda çəkilib. Bizim yaxşı bir fotoqrafımız vardı. Onun əl işləri çox gözəl idi


Bu şəkil mənim üçün təsirlidir. Çünki burda mənim qucağımda uşaq ölmüşdü. Bu da mənə çox pis təsir etdiyinə görə yoldaşım götürüb həmin hissəni kəsdi.

 

Kələkidə Geoloji kəşfiyyat ekspedisiyasında işləyirdim. Bu idarədə labaratoriya müdiri idim


Hansısa bölgəmizə istirahətə getmişdik. Ayaq üstə dayanan mənəm, yanımdakıları isə unutmuşam. 


Əmim qızları, bacım və mən.

 

Gədəbəy. İlk dəfə idi ki, ölkəmizə xarici dövlətlərdən qonaqlar gəlirdilər. Biz də onların gəlişinə hazırlıq görürdük.


Xarici qonaqlar gələn zaman biz palatka və bəzi şeylər düzəldirdik ki, guya burdakı geoloqlar belə yaşayırlar. Amma əslində heç nə göründüyü kimi deyildi.


Kirov parkında. Qadınlar cəmiyyəti olaraq, oranı ziyarətə getmişdik, çünki iki qızımız orda ölmüşdü.

 

Prezident iqamətgahında Turqut Özalın yoldaşı ilə görüş zamanı...

 

Anam, mən, balaca oğlum və dayım, professor Sufi Bektaşi  ilə birlikdə


Eks-prezident, dostumuz Əbülfəz Elçibəy, yoldaşım, evimizə gələn qonaq və mən. Əbülfəz bəylə bizim dostluğumuz 1969-cu illərə təsadüf edirdi. Əbülfəz bəy Kələkidə olarkən, ilk dəfə bayrağı mənə göstərib


Ortancıl oğlumun evindəyik. Ayaq üstə kənarda düşən yoldaşım və nəvəm


Oğlum Fərid Əbülfəz Elçibəylə...

 

İsraildə. Yoldaşım və üç övladım


Yaxın dostum, eks-prezident Əbülfəz Elçibəylə

 

Ailəvi çəkilən bir şəkildi. Gəlinlərim, yoldaşım və mən


Türkiyə. Cəmil Ünal, Nüşabə Məmmədova, Kələntərli, yoldaşı və mən


Mustafa Cəmilov və dostlarla Gürcüstanda.

 

Əli Kərimov, Əli Məsimli və digər qurultay iştirakçıları ilə bir arada.

 

Şəhriyar adına Mədəniyyət evində "AXCP"-nin  qurultayında. Əbülfəz Elçibəy, Lalə Şövkət, İsa Qəmbər, Pənah Hüseyn və Novella Cəfəroğlu.


Qurultaydan sonra çəkilən xatirə şəkli.


 İsa bəy səfərdən gəlirdi, biz də onu qarşılamağa getmişdik.

 

Xəlil yurdunda Əbülfəz Elçibəy və Mirmahmud Mirəlioğlu ilə bir yerdə...


Dostlarla süfrə arxasında...

 

Dem Konqresinin iclasındayıq. Biz bu iclaslarda iştirak edirdiksə, deməli bizim də fikirlərimizə ehtiyac vardı.

 

Strasburqda dostlarla bir yerdə...

 

Amerika. Parlamentin qarşısında uzanıb yorğunluğumuzu çıxırıq. Get, bizim parlamentin qarşısında belə uzan. Görüm icazə verərlər. (gülür)

 

Mirmahmud Mirəlioğlu və Zəlimxan Məmmədli ilə. Mirmahmud əli ilə nəyisə anlatmağa çalışır...

 

Nəcəf  Nəcəfov və Hikmət Hacızadə ilə. 

 

İsa Qəmbərlə... 

 

Polşa. Arif Hacılı, Ülvi Həkimov və Vahid Qazı ilə. Avropa İttifaqının görüşləri ilə bağlı səfərə getmişdik

 

İstanbulda tələbələrlə görüş zamanı çəkilmiş xatirə şəkli.

 

Rumınıya. Xarici qonaqların da marağına səbəb olan Drakula kəndindəyik


Kələkidə istirahət zamanı çəkilib

 

Yenə də Kələki.  Orda keçirdiyimiz  gözəl günlərdən biri...

Qələbə meydanı. Azadlıq blokunun təşkil etdiyi mitinqə biz də qatılmışdıq.

 

Türkiyədən qonaqlar gəlmişdi, biz onları Şamaxıda türk əsgərinin xatirəsinə ucaldılmış abidənin ziyarətinə aparmışdıq


Yuliya Timoşenko ilə Polşada konfransdan sonra.


Polşada hüquq müdafiəçisi ilə.


Strasburqda görüş zamanı. Eldar Namazov, Çingiz Qənizadə və dostlarla bir yerdə.


Naxçıvanda səfir Vilsonla. Yaratdığımız "İnsan haqları" evi ilə tanışlıq zamanı. Orda işləmək çətin olsa da, biz yeddi il fəaliyyətimizi davam etdirdik.


Bu insan Qorbaçovdan tutmuş bir çox tanınmış insanlardan müsahibələr götürüb. Amma onların içərisində ən sevdiyi prezident Əbülfəz Elçibəy olub.


Əli Məsimli və dostlarla Türkiyədə qurultaya qatılmışdıq.


Krem Dikerlə. Hardayıq bilmirəm, amma çox yaxın və səmimi olduğu şəkildən də görünür..


Xalq artistimiz Flora Kərimova ilə...


Polşada seminarda iştirak etmək üçün getmişdik. Bahar Muradova , Firəngiz və AMİP-in nümayəndəsi ilə.


Strasburqda Abdulla Gülün yoldaşı ilə.. Səadət Bənənyarlı, Səidə Qocamanlı və mən.

Səidə Qocamanlı ilə ABŞ səfirinin evindəyik. 


Asventsom. Burda nə qədər yəhudi öldürülübsə onların əşyaları saxlanılırdı.Mən orda bir azərbaycanlı soyadına rast gəlmədim. Amma bəlkə də əvvəllər gedənlər olub. O  kitaba  ilk Azərbaycan soyadını mən yazdım. Burda da azərbaycanlıların başısoyuqluğu özünü göstərdi.


Türkiyədə keçirilən bir toplantıya minə yaxın ölkədən nümayəndə qatılmışdı. Orda ABŞ səfiri Vilson və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edirdi. ABŞ səfiri ilə biz çox yaxın dost idik. Mənim haqqımda Ərdoğana necə danışıbsa, o da deyib ki, mən də o insanla tanış olmaq istəyirəm. Biz onunla görüşdük və sonda da belə bir xatirə şəkli çəkdirdik. 


Avropa Parlamentində Türkiyə prezident Abdullah Güllə görüşdüm...


AŞPA-da deputatlar ilə.


Paris, Eyfel qülləsi və üç xanım...


ABŞ səfiri "Marşal premyası"nı mənə təqdim edir.


"Marşal premyası" almağım münasibətilə bacım, qızı və yoldaşı məni təbrik etməyə gəliblər.

 

Evimizin səsli-küylü sakinləri...


Novella xanım burda ona cavanlıqda yazılmış  sevgi məktublarından danışır. Sizin vasitənizlə mənə yazılmış o məktubları da tapıb yenidən oxudum.(gülür)

 

 

 Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir