Modern.az

Obama ilk dəfə Ukraynadakı hadisələri dəstəklədi

Obama ilk dəfə Ukraynadakı hadisələri dəstəklədi

29 Yanvar 2014, 11:39


Prezident Barak Obama Konqresdəki Amerika xalqına illik müraciətində Ukraynadakı hadisələrə də toxunub. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, beynəlxalq siyasətdən danışan prezident Ukrayna xalqının demokratiya uğrundakı mübarizəsini dəstəklədiyini bəyan edib: “Biz demokratiya qurulması uğrunda ağır iş görənlərə dəstəkləyirik. Biz Ukraynadakı prinsipləri dəstəkləyirik, ona görə ki, bütün insanların öz fikirlərini azad və sərbəst şəkildə ifadə etmək, ölkələrinin gələcək taleyinə təsir etmək haqqı var”.
Bundan əvvəl xəbər verilib ki, Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir Nikolay Azarovun istefasından sonra Vaşinqtona zəng vuraraq ABŞ-ın vitse-prezidenti Co Baydenlə danışıb.   


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?