Modern.az

Məktəb və uşaq bağçalarında siqaret çəkmək qadağan edildi

Məktəb və uşaq bağçalarında siqaret çəkmək qadağan edildi

Dünya

29 Yanvar 2014, 19:17


Çin hökuməti uşaq bağçalarında, orta məktəblərdə, eləcə də texniki peşə məktəblərində siqaret çəkilməsini qadağan edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, müvafiq sənədi bu gün ölkənin Təhsil Nazirliyi açıqlayıb. Bu təhsil müəssisələrində yeni qadağa ilə bağlı xüsusi işarələr olacaq.
Bundan əlavə, siqaret çəkənlər üçün xüsusi otağın təşkil edilməsinə də icazə verilmir. Məktəblərdə bu qadağaya nəzarət etmək üçün  xüsusi müfəttişlər də olacaq. Digər bir qadağaya görə, uşaq bağçalarının və məktəblərin rəhbərləri tütün brendlərindən sponsor yardımı almayacaq, yaxud onların reklamını yerləşdirməyəcək. Təhsil müəssisələrinin ərazisində yerləşən mağazalarda siqaret satışına da qadağa qoyulacaq.
Ali məktəblərə gəldikdə, siqaret çəkilməsinə qoyulan qadağa qüvvədə olacaq. Amma ali məktəblərdə açıq havada siqaret çəkənlər üçün bir neçə meydança təşkil olunacaq.


Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir