Milli Şuranın sədri Cəmil Həsənli Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəylinin istefasına münasibət bildirib.
C.Həsənli Modern.az-a açıqlamasında bu istefaya normal yanaşdığını deyib. Milli Şura sədri A.Səmədbəylinin istefanın səbəblərini açıqlamaq istəməyib: “Bu yazışma ikimizin arasında olub. Aqil bəy istefasının səbəblərini açıqlamayıbsa, mən niyə deyim? Aqil bəy desəydi ki, onun yazdığını mətbuata açıqlayım, bunu edərdim. Onun mənə yazdığı məktubu mətbuat üçün açıqlamağım düzgün olmaz”.
Qeyd edək ki, Aqil Səmədbəyli Milli Şuradan istefasının səbəblərini Cəmil Həsənliyə açıqladığını bildirib.
İlkin