Modern.az

Qənirə Paşayeva dünyanın işgüzar xanımlarını Azərbaycana dəvət edib

Qənirə Paşayeva dünyanın işgüzar xanımlarını Azərbaycana dəvət edib

21 May 2010, 13:31

Modern.az xəbər verir ki, Pekində Ümumidünya Qadın Sammiti öz işinə başlayıb. Dünyanın 80-dən artıq ölkəsindən 1000-dən atrıq qadının qatıldığı sammit 3 gün davam edəcək. Müxtəlif ölkələri təmsil edən nazir qadınlar , 1-ci xanımlar, dövlətlərdə yüksək vəzifə tutan, ictimai-siyasi xadim qadınlar, işgüzar, biznesmen qadınlar, böyük şirkətlərin qadın idarəçiləri qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparır, konkret təkliflərlə çıxış edirlər.

  

Sammitin rəsmi açılış mərasimindən əvvəl  müxtəlif ölkələri təmsil edən nazir qadınların iştirakı ilə geniş toplantı və müzakirələr keçirilib. Samitin prezidenti İrene Natvidadın dəvəti ilə sammitdə iştirak edən millət vəkili Qənirə Paşayeva da bu müzakirələrdə iştirak edib və nazir xanımlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O, bildirib ki, Ermənistanın yeritdiyi monoetnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə  200 mindən artıq azərbaycanlı Ermənistandan öz tarixi ata-baba yurdundan, öz evindən zorla qovularaq qaçqına çevrilib. Bunun ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək Azərbaycanın 20 faiz torpağını işğil edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün15 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və  girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair Heydər Əliyev Fondunun hazırladığı kitabları və materialları da təqdim edib. O, vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın dünyanın harasında yaşamasından asılı olmayaran bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu adələtsizliyə sərt etiraz etməsini və öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb.

   Qənirə Paşayeva tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili, son bələdiyyə  seçkilərindən sonra qadınların bələdiyyələrdə təmsilçiliyinin 30 faizə çatmasının müsbət bir hadisə olduğunu vurğulayıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən milllət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan Dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözləyirik deyib. Qənirə Paşayeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri  barədə də danışıb. Qeyri-hökumət təşkilatı olaraq Heydər Əliyev Fondunun nəinki yerli, hətta beynəlxalq səviyyədə də bir çox əhəmiyyətli layihələr həyata keçirdiyini deyən millət vəkili fondun Pakistanda zəlzələdən zərər çəkmiş bölgədə qızlar üçün tikdirdiyi yüksək səviyyəli məktəbin qızların təhsilinə dəstək kimi müsbət bir örnək olduğunu da vurğulayıb. Millət vəkili, dünyanın çoxlu sayda ölkəsinin binici xanımları, nazir, ictimai-siyasi xadim, alim qadınların iştirakı ilə keçirilən Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqda qadınların rolunun artırılması da daxil olmaqla bu istiqamətdə Azərbaycan prezidenti və 1-ci xanımının təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir və konfranslar barədə də məlümat verib.

   Millət  vəkili Azərbaycan siyasi və iqtisadi vəziyyət barədə də məlumat verib. Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Qənirə Paşayeva tədbir iştirakçıları ilə yanaşı işgüzar xanımları da Azərbaycana dəvət edib.

 

 

 

 

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir