2014-cü ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 445 ton Azərbaycan nefti nəql olunub. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il fevral ayının 1-ə qədər BTC-yə 237 milyon 545 min 38 ton neft vurulub. Bu barədə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 min 462 ton Türkmənistan nefti, 238 min 399 ton isə Qazaxıstan nefti nəql olunub.
Modern.az