Modern.az

"“Halal” standartı almaq istəyən şirkətlər çoxdur” - Dövlət Komitəsi

"“Halal” standartı almaq istəyən şirkətlər çoxdur” - Dövlət Komitəsi

İqtisadiyyat

7 Fevral 2014, 12:51


“Ət və ət məhsulları istehsal edən müəssisələrin nümayəndələrinin məsləhət almaq, mütləq standartın tətbiqi ilə bağlı mexanizmi öyrənmək üçün müraciətləri var. Hələ “halal” standartı, satandartın tətbiqi ilə mexanizm öyrənilir. Demək olar ki, real bir şey yoxdur. Yəni heç bir şirkətə “halal” standartı verilməyib”. Bunu Modern.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Komitə sözçüsü bildirib ki, “halal”standartı almaq istəyən şirkətlər özü sertifikatlaşdırma orqanlarına müraciət etməlidirlər. “Hazırda Komitəyə müraciət edənlər çoxdur. Adlarını sadalaya bilməyəcəm. Hər hansı bir şirkətə “halal standartı” verilərsə, bunu mətbuata açıqlayacağıq”.

Qeyd edək ki, bir müddət əvvəl Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun Azərbaycanda heç bir müəssisənin halal kolbasa və sosis istehsal etmədiyini açıqlayıb. Bir sıra şirkətlər isə bu standatlarla bağlı Dövlət Komitəsinin çox sərt tələblər irəli sürdüyünü vurğulayıblar.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər