Modern.az

Marixuananı leqallaşdıran prezident Nobel mükafatına namizəd oldu

Marixuananı leqallaşdıran prezident Nobel mükafatına namizəd oldu

7 Fevral 2014, 15:15


Uruqvay prezidenti Xose Muxika 2014-cü ilin Nobel mükafatına namizəd irəli sürülüb. Modern.az sayti xarici mətbuata istinadən xəbər verir ki, onun namizədliyini “Frente Ampilo” solçu partiyası, “Planta TuRlanta” fermerlər birliyi və Niderlandın narkotiklər üzrə institutu irəli sürüb. Uruqvay liderinin marixuana istehsalı və satışını leqallaşdırdığı üçün bu mükafata layiq görülməsi istənilir.

Uruqvay prezidenti və onun tərəfdarları güman edirlər ki, marixuananın istehsalının satışının leqallaşdırılması narkotik ticarətçilərini gəlirdən məhrum edəcək və narkotik cinayətkarlığına qarşı mübarizəyə kömək olacaq.

Dünyanın ən kasıb prezidenti hesab olunan Xose Muxika ötən il də Nobel mükafatına namizəd göstərilmişdi. O vaxt onun namizədliyini SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov dəstəkləsə də, mükafat kimyəvi silahların qadağan olunması üzrə təşkilata verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu