Modern.az

“Əfsanə komandir”: "Türkiyə bölünməyə doğru gedir" - MÜSAHİBƏ

“Əfsanə komandir”: "Türkiyə bölünməyə doğru gedir" - MÜSAHİBƏ

Dünya

8 Fevral 2014, 23:50

Osman Pamukoğlu kimdir?

27 Dekabr 1947-ci ildə Türkiyənin Sinop şəhərinin Girze rayonunda dünyaya gəlib. 11 yaşında daxil olduğu Selimiye Hərbi məktəbi ilə başlayan 43 illik ordu həyatı, Kuleli Hərbi Liseyi, Quru qoşunları Hərb Məktəbi, Piyada məktəbi, Quru qoşunları Hərbi Akademiyası, Silahlı Qüvvələr Akademiyası və Milli Təhlükəsizlik Akademiyası ilə davam etmişdir.

1993-cü ilin may ayında qanlı terror təşkilatının Bingöldə gerçəkləştirdiyi hadisələrdən sonra, Kurmay Albay olan Osman Pamukoğlu könüllü olaraq, o dövrün Genel Kurmay Başkanı tərəfindən 29 İyun 1993-cü ildə Hakkari Dağ və Komando Tuqayı və Təhlükəsizlik Komandanlığına təyin edilib. 1993-cü ilin avqust ayında Tuğgenerallik rütbəsinə yüksələn Osman Pamukoğlu, iki il ərzində PKK terror təşkilatına qarşı 4000 zabit, 55000 əsgərə komandirlik edərək, mübarizələrdə böyük uğurlar qazanıb. Döyüşlərə birbaş qatılan Osman Pamukoğlu əsgərləri və döyüş yoldaşları tərəfindən “Əfsanə Komandir” olaraq tanınmağa başladı.
1997-ci ildə Osman Pamukoğlu Tümgeneral rütbəsinə yüksəlib. 2002-ci ildə Tümgeneral rütbəsi ilə təqaüdə çıxıb.

Yüksək cəsarəti səbəbi ilə bir ədəd 1-ci Dərəcədən Altın Üstün Cəsarət və Fəraqat Medalı ilə, iki ədəd Üstün Cəsarət və Fəraqat Nişanı alan Osman Pamukoğlu, Türk ordusunda 5 dəfə Üstün Birlik Yetişdirmə Nişanına sahip tək zabit və general oldu.
Təqaüdə çıxdıqdan sonra bir çox universitetlərdə “Liderlik” konfransları verən Osman Pamukoğlu, 2003-cü ildə yazdığı “Unudulanlar Xaricində Yeni Bir Şey Yok” adlı ilk əsəri ilə ən çox satılan kitablar siyahısında on altı həftə birinci sırada qalarak yazarlıq həyatına başladı. 2004-cü ildə “Ey Vatan”, 2005-də “Kara Tohum” və “Ayandon”, 2006-da “Yolcu”, 2007-də “İnsan ve Devlet”, 2008-də “Angut” ilə 2012-de “Akıllı Ol!” isimli əsərlərini nəşr etdirib.

28 İyul 2008 tarixində Sinop–Girzədən yayınladığı “Anadolu ve Trakyada Yaşayan Türk Xalqı Bu Çağrı Sizə!” bildirisi ilə çox böyük bir kütləni də yanına alaraq 36 gün içində, “Bugün Bizim üçün 11 noyabr 1938-dir!” Deyərək 4 Sentyabr 2008-ci ildə “HAQQ VƏ BƏRABƏRLİK PARTİYASI”nı (“HAK VE EŞİTLİK PARTİSİ”ni) HEPAR qurdu.

Osman Pamukoğlu evlidir və iki uşaq atasıdır.

- Necə oldu ki, siyasətə qoşuldunuz?

- Ölkə şərtləri yeni bir xalq hərəkatına ehtiyac duyurdu. Ümumi quruluşa baxdıqda hər zaman eyni partiyalar, eyni insanlar. Qanunlarına, doktrin və konseptlərinə, ortaya qoyduqları hərəkətlərə baxdıqda, dəyişən heç bir şey olmadığını görürsən. Fikrimcə, ölkə ədalət sistemi, iqtisadiyyat, təhlükəsizlik olaraq dəhşətli vəziyyətdəydi. Bunun tək yolu yeni bir xalq hərəkatına ehtiyac olmasından qaynaqlanırdı. Bir hərəkata başlamaq lazım idi. Bu partiyanın qurulması lazım idi. Qurulduğumuz il seçimlərə qatıldıq və 35-40 illik tarixi olan partiyalardan daha çox səs topladıq. Hələ partiya tam qururlmamışdı, Avropa Birliyi Türkiyəyə təlimatlar göndərməyə başladı. Heç zaman etmədikləri, bir iş gördülər. Diqqət edin, bu partiya böyüməsin, inkişaf etməsin, deyə Tükiyəyə təlimatlar yağdırırdılar. Demək ki, Avropa Birliyi Məclisdəki partiyalardan sarı xoşbəxtdir. Məclisdən olmayanlardanda. Bir tək bizdən rahatsızdılar. Avropa gözüaçıqdır. Nəticədə özünün nə ilə qarşılaşacağını bilir. O həmişə alışıb, boynu şillənin altında olan partiyalara. Deyir ki, bunlarla bu cür alınmaz. Ən yaxşısı Türkiyəyə deyək, bu partiya böyüməsin. Bütün bunlara baxdığımız zaman, bu ölkədə, yeni bir siyasi hərəkat başlatmanın nə qədər çətin olduğunu görmək olar.

- Ordudan öz istəyinizləmi təqaüdə çıxdınız?

- Xeyr. Ordudan özləri məni ayırdı. Yəni hər zaman, hər kəslə uyğunlaşmalıyıq deyə, bir şey yoxdur.

- Ergenekon və Balyoz məsələləri barədə nə deyə bilərsiniz?

- Hamısı siyası iddialardır. Planlı olaraq hazırlanmışlar. Bu oyunda Qərbində, ölkə daxilindəkilərində əli var.

- Siz çıxışlarınızın birində, “əgər Türk ordusunu məhv etməyə cəhd göstərsələr, ölkənin vəziyyəti daha da ağırlaşar” demişdiniz…

- Təbii ki. Dövlətin iki böyük gücü vardır. Tarix boyunca hər zaman belə olmuşdur. Biri xəzinə, digəri ordu. Bu ikisi olmadan mümkün deyil. Yəni bu gücdür. Amma dövləti ayaqda tutan digər şeydə Ədalətlə idarə etməkdir. Çünki insan oğlunun dövləti var etmə səbəbi 2 ünsürə dayanır. Bir Ədalət, iki Təhlükəsizlik. Dövlətin qanunlarına əməl edəcəksən. Amma insanoğlu yaxşı deyər, sən də mənə 2 şeyi verəcəksən. Ədalət və Təhlükəsizlik. Türkiyədə bu ikisidə yoxdur.Xalqın maariflənməsinə gərək var. Təbii ki, illərin gətirdiyi bir sıra vərdişlər var. Bunların qırılması lazımdır. Asan deyil, ancaq insan istəyərsə, hər şeyin öhdəsindən gələr.

- Seçimlərdə barajın olması nə qədər düzgündür?

- Türkiyədə barajın olması rəzillikdir. Bugün yeni bir məqalə yayımlayıram. Məqalə 1971-ci ildə yazılmış. Bu məşhur bir türk yazarının məqaləsidir. 43 il əvvəl yazılmış məqalədir. Orda da deyir ki, bu baraj nədir. Parlamentdə bütün düşüncə və görüşlər təmsil olunmalıdır. Əgər bunu etməsəniz, demokratiya boş sözdür. 10 fazilik baraj qoyublar. 10 faiz baraj 4,5 milyon insanın səsi deməkdir. O səsi toplasanda Məclisə daxil ola bilmirsən. 4,5 milyon insanın istəyini küçəyə atmaq olarmı?! Dünyada bir çox ölkə, Avropada daxil olmaqla, əhalisinin sayı 4-5 milyondur. 43 il əvvəl yazılmış məqalə və bugün yenə eyni. Mən yazıram, yazıram, sonda da qeyd edirəm ki, bunu mən yazmadım, 43 il əvvəl yazılmış, bugünün Türkiyəsindən bəhs edir. Bu ağılla demokrat olmaq mümkün deyil. Məqalənin adı da “Dön baba, dönbek baba” (//hepar.org.tr/don-baba-donbek-baba/). Bir neçə kitab yazdım. Bir məşhur “Cümhuriyyət” qəzetinin baş yazarı vardı. Vəfat edib. Adı İlhan Səlcukdu. Üç dəfə mənim kitablarımla bağlı məqalə yazdı. Savaş isə ayrı bir şeydir. Bunlar bunu başa düşə bilmir. Tam insan olmaq çətindir. Təbiət ayrı, ədəbiyyat ayrı, savaş ayrı bir şeydir. Mən əsasən təbiət adamıyam.. Təbiət qoynunda böyümüşəm. Keçən səfər Tv-a dəvət etmişdilər. Mənə sizin uşaqlığıızda iki tüfənginiz varmış deyə, sual verirlər. Bəli vardı. Bunu şəhər uşaqlarının anlaması çətin məsələdir.

- Türkiyənin bu gedişi onu hara aparır?

- Türkiyə sürətli şəkildə bölünməyə doğru gedir. Bu təhlükəsizliklə bağlı problemdir. Buna icazə verməyəcəyik. Bu bir barmağın ucunu ver, çiyinə qədər gedər deyə, bizdə ata sözü var. Buna mane olmalıyıq. Çünki Türkiyədə anarxiya və xaos baş verər. Türkiyənin buna gücü çatmaz. Türkiyənin Qərbi buna dözməz. O tərəflərdə 30 min insan öldürüldü. Əgər Qərbdəki insanlardan biri bizim gördüyümüz kimi gecə pkk tərəfindən hücum olunmuş kəndi, 20-25 qadın, kişi, uşaq, qocanın parçalanmış halını görsəydilər, dəli olardılar. Görmədikləri, yaşamadıqlar üçün tam qavraya bilmirlər. Adada olan terrorist (APO), Kandildə yerləşən, özlərinə görə, savaş heyəti, cənubda və hər yerdə fəaliyyət göstərən partiyanın Türkiyəyi gətirəcəyi yer xaosdur. Bunu görə bilirəm. Bunun üçün biraz uzaqgörənlik kifayətdir.

- Bir zamanlar dağlarda vuruşanlar, indi TBMM-də millət vəkilidirlər. Bu necə olur?

- Bu siz gənclərə normal gəlmir. Məsələn, bizim partiyada hər zaman gənclərdən ibarət olur. Çünki gənclər, yetişkinəm deyənlərdən gələcəyi daha yaxşı görürlər. Gənclərin beyinləri təmiz, duyğuları açıq olur. 50-60 yaşı olmuş adamlarda, illərin gətirdiyi vərdişlər var. Hərəkətdən uzaqlaşıblar, qərar verə bilmirlər. Hər yerdə deyirəm, insan qərar və hərəkətdən uzaqlaşarsa, yəni beyin və fizikası zəifləyərsə, o insan sadəcə danışan bir insan olar. Boş-boş danışar. Gənclərə boşuna dəliqanlı deyilmir. Çünki qanı qaynayır. Hərəkət istəyir. Savaşıda gənclər edər. Gənclər olmasa, hansısa bir iş görmək mümkün deyil.

- Bir gün Türkiyənin vəziyyəti daha da çətinləşərsə, ikinci ATATÜRK olmağa hazırsınızmı?

- Haşa. Yaxşı ki, ATATÜRK bu torpaqlara gəlib. Sevr deyilən bizlə bərabər, müttəfiqlərə təklif olunan antlaşma vardı. Bir tək Mustafa Kamal Atatürk və yanındakı inanmış komanda qəbul etmirik, dedi. Digərləri qəbul etdi. Əgər o zaman ATATÜRK və onun komandası olmasaydı, bugün Anadoluda ən az 4 dövlət vardı. Türklərdə orta bölgədə qalmış olardı. Konya, Yozqat, Ankara. Sahillərimiz belə yox. O biri tərəfləri də, ermənilərə, kürdlərə vermişlərdi. türklərə isə İç Anadoluyu.

- Sizcə, “Çözüm süreci” doru addımdırmı?

- Xeyr. Əsla doğru bir şey deyil.

- Türkiyənin xilası nədədir?

- Xarici siyasətdə müstəqil olmaq vacibdir. Xarici siyasətdə, bütün ölkələrin bir məqsədi vardır. O da milli gəlirdir. Türkiyənin 50 ildir, siyasəti Amerika və Avropaya yalvarmaqdır.

- Nəyə görə Sizin partiyanın fəaliyyətini media işıqlandırmır?

- Qorxurlar. Bunlar özlərinə güvəni olmayan, qorxaq insanlardır. Mən bir söz deyəcəyəm, deyə qorxurlar. Məsələn “Çözüm süreci”ni mediada Osman Pamukoğlu ilə kim müzakirə edə bilər?! Kim mənim qabağıma çıxa bilər?! Mediada bu nizamın bir parçasına çevrilib. Hər zaman deyirəm, özünü soyduran cəmiyyətdən, millət olmaz.

- Nəyə görə, hər dəfə ATAÜRK-ə toxunurlar?

- Çünki Cümhuriyyəti o qurub.

- Fətullah Gülənlə Ərdoğan qarşıdurmasında sizcə kim qazanar?

- Öküz öldü, dava bitdi. Paylaşımda aralarında dava düşdü. İkisi də eynidir. Bir-birilərindən fərqləri yoxdur. Bütün məsələ diqqətləri başqa yerə çəkərək, yolsuzluq, rüşvət, oğurluq məsələlərini ört-basdır etməyə çalışırlar. Amma çarəsizdirlər.

- HEPAR-ın bir gün hökumət olacağına inanırsınızmı?

- Əminəm ki, biz hakimiyyətə gələcəyik. Bu sənin, mənim planım deyil. Ölkənin şərtləri və hadisələr bunu göstərir. Xalq belədir. Bir anda dönər. Türkiyədə bunun örnəkləri var. Mənim qarşımı kəsən maliyyədir. Yoxsa, məclisə də girərik, Hökumətdə olarıq. HEPAR-ın maliyyəsi xalqdan qaynaqlanır. Belə bir partiya bugünə kimi olmayıb.

- 15 Avqust 1993-cü ili unutmaq mümkünmü?

- Mən o vaxt hələ Albaydım (Polkovnik). O vacib əməliyyatdı. PKK-yı Hakkaridə şoka salan bir əməliyyatdı. Təxminən dağda 400 Pkk-lı vardı. 3800 metr yüksəklikdəydik. Oraya çıxdığımızda, nələr gördük. Özləri üçün futbol meydançası, məhkəmələr düzəldiblər. Qəbristanlıqları var. Pkk gözləmirdi. Minlərlə komando dağı mühasirəyə aldı. 6 gündə yuxarı çıxdıq. Orda bir şey oldu. Otlaqların altı Yüksekovaydı. Yüksekova o gecə ayağa qalxdı. Məndə təsadüfən dağdan enmişdim. Tabordaydım. Genel kurmay başkanı tez-tez zəng vururdu. Dağdan danışmaq mümkün deyildi. Pkk-da guya diqqəti 15 avqust quruluş günlərinə çəkirdilər. O gecə mən 86 yerdən atəş açıldığını saya bildim. Ancaq həll edə bildik.

- AKP-nin hakimiyyət illərində Azərbaycan-Türkiyə münasibətlərini necə xarakterizə edərdiniz?

- Xarici əlaqələrdə bunların doğru-dürüst addım atdıqlarına inanmıram.

- Bir gün Böyük Türk Birliyinin qurulacağına inanırsınızmı?

- Bu özbaşına olacaq bir şey deyil. Bir xəyaldı. Xəyal isə vacibdir. İnsan beyninin mərhələləri belədir. Xəyal, düşüncə, fikir, qərar, hərəkət. Xəyal şərtdir. Amma xəyalında gerçək tərəfi olmalıdır. Bunun mərkəz gücü olmalıdır. Hərbi, iqtisadi, elmi və texnoloji cəhətdən çox qüvvətli olmaq lazımdır. Və şüurlu xalq olmalıdır. Bu dediklərim olmadan, bunu gerçəkləşdirmək mümkün deyil. İndi Orta Asiyada Amerika hakimiyyəti və birazda Rusiya hakimiyyəti var. Türkiyənində mərkəz gücə sahib olması gərəkdir.

Texnologiya vacibdir. Dünya aclığa doğru gedir. Hər yerdə bunu deyirəm və artıq insanlar başa düşdü. İnvestisiyaların 64%-ni bəslənməyə qoyurlar. Çünki 6,5 milyard insan var. hazırdaa iki ehtiyac var: 1. əkinçilik və maldarlıq, 2. enerji.

Özümüz istehsal etməliyik. Hər şeyi almaq asılılıq yaradır. Amerikanın 70 illik planı var. Bunu artıq hər kəs bilir. Məsələn Yaxın Şərq 70 illik planın bir parçasıdır. Amma Amerikada hər şeyi yaxşı fikirləşir deyə də düşünməyin. Bir söz vardır, “insanlar plan hazırlayarmış, Tanrı gülərmiş”. Amerikanında bir çox səhvləri var. Məsələn Suriya hadisələrində necə geri çəkildiyini gördük. Mən bugünə kimi Amerikanın 15 günə vuracağam, həm də baş nazirinin deyib, geri addım atmasını ilk dəfədir görürəm. Demək ki, bu baş verirmiş. Amerika bunuda bacarır. Yəni dediyim, dedikdir demir. Strategiyadan istifadə edir.

- 30 Mart seçimlərində yenidən AKP qazanarsa…

- Düşünmürəm ki, əvvəlki kimi çox səs alsınlar. Amma dediyiniz kimi olarsa, vəziyyət çox gərginləşər.

- Dinlə siyasət aparmaq nə qədər düzgündür?

- Din üzərindən siyasət aparmaq ən asandıdır. Sadə möminin duyğularını sömürürlər. Ən asan siyasət tərzidir. Bu çox yanlış bir şeydir.


Osman Pamukoğlu: Azərbaycana salam və hörmətlərimi göndərirəm.

Söhbətləşdi: Rafiq Şahbazov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır