Modern.az

Milli Məclisin növbəti iclası mayın 25-də keçiriləcək

Milli Məclisin növbəti iclası mayın 25-də keçiriləcək

Parlament

22 May 2010, 13:07

Modern.az saytı xəbər verir ki,  Milli Məclisin növbəti iclası mayın 25-də və 31-də keçiriləcək. Bu barədə sayta Milli Məclisdən məlumat verilib.

İclasda əsasən “Azərbaycan Respublikasının 2009-cu il üzrə Dövlət Büdcəsinin icrası haqqında” qanunu, “Fövqəladə  Hallar Nazirliyi sistemində qulluqkeçmə haqqında”,

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihələri müzakirə olunacaq, Azərbaycan Respublikasının İnzibati Xətalar və Ailə məcəllələrinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Əmək pensiyaları haqqında” qanunlara əlavələr və dəyişikliklər ediləcək, Goranboy rayonunun və Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi məsələsinə baxılacaq. Q

eyd edək ki, Konstitusiyaya və Milli Məclisin Daxili Nizamnaməsinə görə, parlamentin yaz sessiyası hər il fevralın 1-də başlayır, mayın 31-də başa çatır.

Yaz sessiyasının vaxtının uzadılması istisna edilmir. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır