Modern.az

"Azərbaycanfilm" kinostudiyası: “Heydər Əliyev haqqında filmin çəkilişindən danışmaq tezdir”

"Azərbaycanfilm" kinostudiyası: “Heydər Əliyev haqqında filmin çəkilişindən danışmaq tezdir”

15 Fevral 2014, 11:15

“Azərbaycanın eks-prezidenti Heydər Əliyev haqqında filmin çəkilişlərinin bu il reallaşacağı barədə indidən danışmaq tezdir”. Bu sözləri Modern.az-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. O qeyd edib ki, il təzə başladığı üçün onlara daxil olan layihələrə baxılır.

“İl təzə başlayıb və bizə daxil layihələrə baxılır. O film də konservasiya şəklindədir. Ümumiyyətlə, Azərbaycan kinosu tarixində çoxlu filmlər konservasiya olunub. Bu yaradıcılıqla bağlı olan məsələdir. Bu haqda nəsə olsa, ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, mərhum eks-prezident haqqında filmin çəkilişləri dayandırılmışdı. Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev" və "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin quruluşçu rejissoru Ramiz Fətəliyev idi. Üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacağı qeyd edilirdi.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır