Modern.az

Dağıstanın prezidenti Azərbaycan parlamentində olub

Dağıstanın prezidenti Azərbaycan parlamentində olub

24 May 2010, 13:10

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Milli Məclisə gəlib. Modern.az xəbər verir ki, parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıb. Dağıstan prezidenti Milli Məclisin iclas zalına baxıb, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.

Sonra Oqtay Əsədovla Maqomedsalam Maqomedov arasında təkbətək görüş olub, ardınca görüş geniş tərkibdə davam etdirilib.

Oqtay Əsədov qonağı Dağıstan Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında çox qədim dostlqu və qonşuluq münasibətləri var. Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.

Oqtay Əsədov münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd edib, deputatlarımızın qarşılıqlı səfərlərinin, qanunvericilik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirib.

Azərbaycan parlamentinin binasında aparılmış təmir -bərpa işlərini, yeni korpusun tikintisini yüksək qiymətləndirən Maqomedsalam Maqomedov deyib ki, bu həm də Azərbaycanın dinamik inkişafının bariz göstəricisidir.

Dağıstan prezidenti də ölkələrimizi arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb və deyib ki, deputatlarımız arasıdakı dostluq münasibətləri həm siyasi baxımdan, həm də ictimai baxımdan mühüm rol oynayır.

Maqomedsalam Maqomedov Dağıstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Sonra görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?