Modern.az

Ded Xasanın qardaşı oğlu Moskvada tutuldu

Ded Xasanın qardaşı oğlu Moskvada tutuldu

17 Fevral 2014, 11:38


Moskva polisi Miron ləqəbi ilə tanınan  kriminal avtoritet Miro Amadyanı həbs edib. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, Gürcüstanda anadan olan  Amadyan Moskvada qanunsuz yaşayıb və indi onun vətəninə deportasiyasına hazırlıq gedir. Mironun Rusiyada uydurulmuş Dmitri Çanturiya ad və soyadı ilə yaşadığı bildirilir. Polisdən verilən məlumata görə, o, oğurluqla məşğul olan cinayətkar qruplaşmaları nəzarətində saxlamağa cəhd edib. Mironun 2013-cü ilin yanvar ayında Moskvada qətlə yetirilən kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu olduğu bildirilir.

Modern.az      
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı