Modern.az

Şahin Mustafayev işçilərinə tapşırıq verdi

Şahin Mustafayev işçilərinə tapşırıq verdi

17 Fevral 2014, 15:02

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev nazirlikdə müşavirə keçirib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, nazir vətəndaşların qaldırdığı məsələlərin daha diqqətlə öyrənilməsi və həlli üçün operativ tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.

Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrasına dair geniş müşavirə keçirilib. Nazir Konfransda dövlət başçısı tərəfindən fermerlərin istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi, daxili bazarın qorunması, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalının prioritet olaraq saxlanması, yeni bazarlara çıxışın təmin olunması, xaricdən idxal olunan məhsullara ciddi nəzarət olunması barədə müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb.

Müşavirədə nazir Şahin Mustafayev dövlət başçısı tərəfindən məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərdiyini vurğulayaraq, Sənaye və İqtisadiyyat Nazirliyinə müraciət edən vətəndaşların qaldırdığı məsələlərin daha diqqətlə öyrənilməsi və həlli üçün operativ tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir