Modern.az

Ekspert: “Bal tətbiqinin ləğvi sürücülərin intizamsızlığını artıracaq”

Ekspert: “Bal tətbiqinin ləğvi sürücülərin intizamsızlığını artıracaq”

17 Fevral 2014, 15:56

“Düşünürəm ki, bal sistemin ləğv edilməsi bəzi sürücülərin özbaşınalığına rəvac verəcək. Bir tərəfədən baxanda, sürücülər üçün müsbət haldır. Bal olmayacaq, nəticə etibarilə sürücülük vəsiqəsindən məhrum olmayacaqlar”. Bunu Modern.aza ekspert Ərşad Hüseynov qaydaları pozan sürücülərə tətbiq olunan bal sisteminin ləğvini şərh edərkən bildirib:

“Əvvəl 12 bala çatanda sürücülük vəsiqəsi alınırdı. Puluna güvənən, cərimədən qorxmayan insanlar üçün intizama dəvət edən bir stimul idi. Məsələn, birinin pulu çoxdursa, qırmızı işıqdan 4 dəfə keçə bilər, 5-ci dəfə keçəndə isə bal 12-yə çatır, vəsiqədən məhrum olurdu. Təkcə pulla qorxutmaq azdır. Bəzi adamlar gündə 100 manat cərimə versə də, vecinə olmaz. Çünki pulu çoxdur. Ümumilikdə, sürücüləri iki qrupa bölmək olar: cərimədən qorxanlar və cərimədən qorxmayanlar. Cərimədən qorxan bilir ki, artıq 8 balı var, ona görə də maşını nizam-intizamla, qaydalara riayət etməklə sürür. Digər tərəfdən, pulu olan da qorxurdu ki, vəsiqəsini itirə bilər. Bal sisteminin ləğvi ilə artıq bu qorxu aradan qalxır. Düşünürəm ki, bal sisteminin ləğvi hər iki qrupun intizamsızlığının artması ilə nəticələnəcək. Buna yüz faiz əminəm. Bal sisteminin olması çəkindirici bir vasitə idi”.

Gülşən Raufqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?