Modern.az

Seysmoloji Mərkəzin rəhbəri: “Onlar ağıllarına gələni yazırlar, millət də təşvişə düşür”

Seysmoloji Mərkəzin rəhbəri: “Onlar ağıllarına gələni yazırlar, millət də təşvişə düşür”

17 Fevral 2014, 16:48

Ötən həftə baş verən zəlzələnin əhali arasındakı xofu hələ də davam edir. Kimi yenidən zəlzələnin baş verəcəyini güman edib, əşyalarını hazır formada qapı ağzında saxlayır, kimi də Allahın qisməti ilə razılaşıb, gündəlik həyatlarına davam edirlər.

Modern.az saytı zəlzələnin aktivlik səviyyəsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidən məlumat alıb. O bildirib ki, Azərbaycanda zəlzələ olub və həmişə də olacaq.

Q. Yetirmişlinin sözlərinə görə, Azərbaycanda faciəli səviyyədə zəlzələnin olması gözlənilmir. Çünki zəlzələ ocaqlarının aktivliyi fon səviyyəsindədir.

“Sosial şəbəkədə hər kəs ağzına gələni yazır. Millət də başlayır təşvişə düşməyə. Milçəkdən fil düzəldirlər. Soyuqqanlı olmaq lazımdır. Məsələn, bayaq bir nəfər müraciət edib ki, Rusiya meteoroloqlarından biri proqnoz verib ki, Azərbaycanda güclü zəlzələ olacaq. Deyirəm ki, qoy Rusiya metroloqları gedib Rusiyanın hava proqnozunu versinlər. Meteoroloq hara, zəlzələ proqnozu hara!? Haçandan Azərbaycanın qeydinə qalan olublar!? Sözümün canı budur ki, sosial şəbəkələrə girən insanlar boş-boş statuslarla əhalini təşvişə salmasınlar”.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir